Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəriAzərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəsi dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun və əsgərimizin şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Tufan Məmmədov bildirib.

"Prezident İlham Əliyevin Qarabağın azadlığına aparan yolda uğurlu addımları hər şeydən əvvəl dövlətin qüdrətinin artırılmasını, onun iqtisadiyyatının gücləndirilməsini nəzərdə tuturdu. Prezident İlham Əliyev mövcud imkanları lazımınca dəyərləndirərək Azərbaycanın yeni güc potensialının yaradılması kimi tarixi missiyanı müvəffəqiyyətlə gerçəkləşdirməyə nail oldu. Qısa bir vaxtda Azərbaycanın iqtisadi landşaftı ciddi şəkildə dəyişdi, bu isə öz növbəsində həm ölkə daxilində iqtisadi fəallığın artırılmasını şərtləndirdi, həm də güclü cazibədarlığı sayəsində milyardlarla xarici sərmayənin ölkə iqtisadiyyatına axmasını təmin etdi.

Uğurlu Neft strategiyasının sayəsində ölkəmizə daxil olan böyük maliyyə resurslarının məqsədəuyğun şəkildə idarə edilməsi və ölkə üçün ən faydalı şəkildə istifadəsi öz nəticəsini verdi. Güclü iqtisadiyyat nəticəsində yaradılan ordu hər cür müasir silahlarla təmin edildi və bu da öz növbəsində qələbənin əsasini qoydu.

Bütün dövrlərdə və bütün sahələrdə ictimai uğurun ən əsas şərti həmişə lider amili ilə əlaqədar olmuşdur. Tarixi təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqət hərb sahəsində özünü daha aydın şəkildə büruzə verir. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfərində İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığının əyani təsdiqi hesab edilə bilər. Lakin İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində tarixi rolu yalnız 44 gün ərzində Ali Baş Komandan kimi misilsiz xidmətlər göstərməsi ilə bitmir. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması heç zaman unudula bilməz və unudulmamalıdır. Şanlı qələbəni onlarsız təsəvvür etmək mümkün deyil.

Çox sevindirici haldır ki, xalqımız Şanlı Zəfərimizin 6-cı ildönümünü daha böyük sevinclə qeyd edir. 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Həmin il oktyabrın 15-də isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu.

Bu gün azad Qarabağımızda genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Qururluyuq ki, 2023-cü il noyabrın 8-də Qələbəmizin üçüncü ilini - Xankəndi şəhərində hərbi paradla qeyd etdik. Artıq 4-cü ildir ki, işğaldan azad edilmiş şəhərlərimizdə Şəhər Günləri böyük təntənə ilə qeyd edilir. Bu bizim hər birimizi sevindirir və qürurlandırır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 358   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanınd

2 noyabr
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

31 oktyabr
.

Ölkəmizin tarixinə yazılan möhtəşəm gün

Altı il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına

2 noyabr
.

Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı

Ermənistanın Azərbaycana hərbi təcavüzünün davam etdiyi 30 il ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpası üçün hərbi gücdən istifadəni labüd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu illərlə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağl

2 noyabr
.

Şuşa şəhəri Qarabağın tacıdır

Qarbağın taşı olan Şuşa şəhəri düz altı il əvvəl - 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitind

2 noyabr
.

Xalqımızın 8 Noyabr Zəfəri

27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Vətən Müharibəsi zamanı düşmən

2 noyabr
.

Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir

Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şuşa azaddır, Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir. Çünki, illər idi ki, xalqımız bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdı. Dövlət başçısının uğurl

2 noyabr
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

2 noyabr
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30 oktyabr