İqtisadiyyat Nazirliyi: "Ərzaq təhlükəsizliyi daim diqqət mərkəzindədir"
Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir.
Sonxeber.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir. Dünyada neqativ meyillərin baş verdiyi, COVID-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməmiş, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmamışdır. Bütün bunlar isə ərzaq təhlükəsizliyinin daha da möhkəmləmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir.
Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir.
Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanır.
Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl və gümüş ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub
27 oktyabrBaytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabrBrent bir barel üçün 114,61 dollara düşdü
Yaxın Şərqdəki gərginliyin azaldılması ümidləri fonunda neft qiymətləri çərşənbə axşamı səhəri düşməyə davam etdi. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,2 dollar (1,02%) ucuzlaşaraq bir barel üçün 114,61 dollara düşüb. Bazar ertəsi günü Brent markal
27 oktyabrƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05
28 oktyabrAzərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər
29 oktyabrAzərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb
Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını
2 noyabrQızıl bahalaşdı
Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli
30 oktyabr