Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Beş ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın milli ödəniş sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu təşəbbüsün reallaşması ilə sərhədlərarası pul köçürmələrinin və ticarət əməliyyatlarının daha sürətli, əlçatan və ucuz başa gəlməsi gözlənilir. Xüsusilə QR-kod vasitəsilə ödəniş imkanlarının genişləndirilməsi həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni imkanlar yarada bilər. Bəs bu inteqrasiya Azərbaycan sahibkarlarına konkret olaraq nə qazandıracaq?

Xarici tərəfdaşlarla ticarət aparan şirkətlərin bank xərcləri azalacaqmı? Kiçik və orta sahibkarlıq subyektləri Mərkəzi Asiya bazarlarına daha asan çıxış əldə edə biləcəklərmi? Yeni sistem milli biznesin rəqabət qabiliyyətinə və ölkəyə investisiya axınına necə təsir göstərəcək?
Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ödəniş sistemlərini birləşdirməsi ilk növbədə sahibkarlar üçün maliyyə əməliyyatlarını asanlaşdıracaq və ticarət əlaqələrinin genişlənməsinə imkan yaradacaq. Hazırda müxtəlif ölkələrlə işləyən sahibkarlar beynəlxalq ödənişlər zamanı əlavə bank prosedurları, komissiyalar və vaxt itkisi ilə üzləşirlər. Ödəniş sistemlərinin inteqrasiyası bu maneələri azaltmağa, pul köçürmələrini daha sürətli və daha ucuz həyata keçirməyə şərait yarada bilər.

Bu, xüsusilə Mərkəzi Asiya ölkələri ilə idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlar üçün əhəmiyyətlidir. Çünki iri şirkətlərin beynəlxalq maliyyə əməliyyatları aparmaq imkanları daha genişdir, kiçik sahibkarlar isə əlavə komissiyalara və mürəkkəb prosedurlara daha həssasdırlar. Ödənişlərin sadələşdirilməsi onların bazara çıxış imkanlarını genişləndirə bilər.

Digər tərəfdən, bu inteqrasiya Azərbaycanı regionun maliyyə və ticarət əlaqələrində daha fəal iştirakçıya çevirə bilər. Lakin bunun real iqtisadi faydaya çevrilməsi üçün təkcə texniki inteqrasiya kifayət deyil. Ödənişlərin təhlükəsizliyi, valyuta konvertasiyası, məzənnə riskləri və bank xidmətlərinin əlçatanlığı da təmin olunmalıdır. Əsas nəticə sahibkarların xərclərinin azalması, hesablaşmaların sürətlənməsi və qarşılıqlı ticarətin genişlənməsi olmalıdır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 409   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neft qiymətləri artmaqda davam edir

Neft qiymətləri, əvvəlki gün kəskin artımdan sonra cümə səhəri yüksəlir və bu artım nəticəsində Brent 4 maydan bəri ən yüksək səviyyəyə çatıb. xəbər verir ki, Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,75 dollar (0,66 faiz) çox, bir barel üçü

23 oktyabr
.

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 760 milyon dollara yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin dəyəri 759 milyon 552,9 min ABŞ dolları olub. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 250 milyon 401,4 min ABŞ dolları (24,7 %) azdır

30 oktyabr
.

Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 16 milyard 74,1 milyon manat müəyyən edilib. bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,9 % azdır. Dövlət büdcəs

23 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Ölkə bazarında 2026-cı il 22 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044,50 manat, 1 qram ümumi qızılın qiyməti isə 226,49 manat təşkil edir. Əyar və mənşəyinə görə qızıl növlərinin bir qramının qiymətinə gəlincə, 99 əyyar təmi

22 oktyabr
.

Azərbaycan Koreya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan ilə Cənubi Koreya aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, Bakının regional aviasiya habı kimi artan rolunu, həmçinin iki ölkənin aviaşirkətlərinin hava gəmiləri parkının və marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində planlarını müzakirə edib. xəbər verir ki, bu barəd

20 oktyabr
.

Ölkə bazarında qızılın son qiymətləri açıqlandı

Ölkə bazarında 2026-cı il 21 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bu günə olan göstəricilərə əsasən, qızılın bir unsiyası 7044.50 manat, 1 qramı isə 226.49 manat təşkil edir. Müxtəlif əyyarlı qızıl növlərinin 1 qramının qiyməti təmiz qızıl (99 əyyar

21 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlə

26 oktyabr
.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr