Cənubi Qafqazda böyük müsbət dəyişikliklər gözlənilir
Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda verdiyi bəyanatlar və irəli sürdüyü tezislər regionun gələcəyi ilə bağlı inkişaf konturlarını müəyyən edən siyasi hadisədir. Ölkəmizin başçısı tədbirdə Cənubi Qafqazın bütövlükdə sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində fəaliyyət planı və yol xəritəsi ortaya qoydu. Bu fəaliyyət planının ən vacib tərkib hissəsi kimi Azərbaycan sülh prosesinə sadiqliyi, o cümlədən beynəlxalq hüququn prinsiplərinə əməl olunması mövqeyini yenidən bəyan etdi. Qeyd edildi ki, regionda vahid əməkdaşlıq mühiti üçün yeganə əngəl Ermənistandır.
Prezident İlham Əliyev konfransdakı çıxışında həm də dünyanın beyin mərkəzlərinin nümayəndələrinin şahidliyində erməni cəmiyyətinə reallığı çox sadə formada başa saldı. Ölkə başçısı bildirdi ki, Ermənistan hökuməti və ölkənin siyasi dairələrinin sülhün zərurətini tam olaraq dərk etməsi və revanşist cəhdlərindən birdəfəlik əl çəkməsi iki səbəbdən vacibdir. Birincisi, bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq və Ermənistanın dövlətçiliyinin rəsmən süqutuna gətirib çıxaracaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin davamlı sülhə nail olunması tələblərinə ziddir. Bu mənada dövlətimizin başçısı qalib tərəf kimi Ermənistanı reallığı dərk etməyə, özündə sülh, əməkdaşlıq və qonşuları Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyi ehtiva edən yeni müsbət hədəflər müəyyənləşdirməyə çağırdı.
ADA Universitetində keçirilən beynəlxalq konfransda əsas məqamlardan biri də beyin mərkəzlərinin Azərbaycanın yaratdığı yeni reallığa daha inamlı yanaşması ilə bağlıdır. Son bir il ərzində azad edilmiş ərazilərdə görülən quruculuq-bərpa işləri, o cümlədən Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyinin nəticəsi olaraq bu dəfə görüş iştirakçıları bölgədə yeni bir dövrün başlandığını açıq şəkildə bəyan etdilər. Bu isə öz növbəsində artıq beynəlxalq səviyyədə reallığın tam şəkildə qəbul olunduğu bir daha təsdiq edir.
Ölkə başçısı qeyd etdi ki, ötənilki müzakirələr zamanı qarşımızda olan mühüm vəzifələr yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməkdən, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatların formalaşmış yeni reallıqları qəbul etməsi idi ki, artıq Azərbaycan bu hədəfə nail oldu.
Prezident İlham Əliyev vurğulayıb ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Bu gün Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq əlaqələri vardır. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Hazırda Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.
Həcər Verdiyeva
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun
baş elmi işçisi, Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur