Özünü binadan atan məktəbli qızın intihar səbəbi AÇIQLANDI - VİDEO
Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Eyni zamanda, hadisə zamanı X.Babayevanın üzərinə düşdüyü və xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən Zahid Niyazovun vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
O bildirib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir:
"Xəsarət alan Zahid Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Lakin, ailəsinin iltizamnaməsi əsasında o, paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ araşdırılıb.
Bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 11-ci sinif şagirdi 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Bir gün öncə Xumarın doğum günü olub. Hadisə zamanı qız aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə o, ağır xəsarətlər alıb. Bakı Şəhər Baş Prokurorluğunda faktla bağlı araşdırmalar başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu