8 yaşlı uşaq niyə intihar edir? - Sosioloqdan maraqlı CAVAB

8 yaşlı uşaq niyə intihar edir? - Sosioloqdan maraqlı CAVABİstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Son günlər ölkəmizdə intihar sayı artıb. Əvvəl əgər yeniyetmə və böyüklər intihar edirdilərsə, bu gün artıq azyaşlılar da özünə qəsd etməyə başlayıblar. Bir azyaşlını və ya bir insanı intihara nə sövq edə bilər?

Məsələ ilə bağlı Sonxeber.az-a "Sağlam Toplum" İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı açıqlama verib.
8 yaşlı uşaq niyə intihar edir? - Sosioloqdan maraqlı CAVABO bildirib ki, məsələyə hərtərəfli baxsaq, psixoloqlar buna "psixi gərginlik" deyirlər, sosioloqlar isə buna sosial-mənəvi deqredasiyanın yol aça biləcəyini bildirirlər:

"Yəni hər mütəxəssis öz prizmasından baxıb, özünə uyğun bir söz deyəcək. Amma ümumilikdə, son iki ildəki intihar statistikasına baxsaq, uşaqların intiharının xeyli artdığının şahidi olacağıq.

Pandemiya dönəmi yalız böyüklərə deyil, uşaqların özünə də çox təsir edib. Onlar ətraf aləmdən təcrid olundular, valideynlərin işsiz, pulsuz qalmaları, sosial həyatlarındakı uğursuzluqları uşaqların həyatına böyük təsir göstərib.

Bəzən deyirlər ki, sosial problemlər intihara səbəb olmamalıdır və olmur. Açığı, mən də belə düşünürdüm. Lakin son iki ilin nəticəsi bizə göstərdi ki, əslində elə bütün problemlərin kökündə, psixoloji vəziyyətin korlanmasında sosial amillər rol oynayır.

Ətraf aləmdən təcrid olunan, sosial həyatında enişli-yoxuşlu vəziyyət yaşayan uşaqlarda bu kimi şeylər, təssüf ki, psixoloji gərginliyə gətirib çıxarır. Bu zaman insan təbiətilə sınanır: bəziləri özlərini gərginlikdən, bataqlıqdan çıxara bilir, bəziləri isə təslim olurlar.

Uşaqların intiharı məsələsini bir ölkənin, cəmiyyətin süqutunun başlanğıcı hesab etmək olar. Bir ölkədə uşaqlar intihar edir, bilə-bilə ən dəhşətli ölüm yollarını seçirlərsə, deməli, həmin cəmiyyətdə vəziyyət heç də yaxşı deyil, hətta deyərdim ki, bərbaddır.

Səkkiz yaşında bir uşağın özünü asması, yüksəklidən atması və ya fərqli bir üsulla canına qıyması həm ailəsində, həm də cəmiyyətdə və ətrafında vəziyyətin dəhşətli olduğunu göstərir.

Bunun üzərində böyük işlər aparılmalıdır. Hesab edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ümumiyyətlə fəaliyyətini dondurub. Işləmir! Biz onun fəaliyyətini görmürük! Hər hansı bir regionda 5-6 qadını başına toplayıb, seminar keçmək, təlim vermək işləmək demək deyil!

Biz işi gənclərlə görmək istəyirik, nəticəni uşaqların həyatında, məktəb, universitet və uşaq evlərində görmək istəyirik. Onların isə ortaya çıxarılacaq, nümunə göstəriləcək bir fəaliyyəti yoxdur ki, komitənin işi barədə nəsə danışa bilək.

Zorakılıq görmüş, işsiz qalmış qadınlara təlim keçmiş ola bilərlər, lakin 10-15 qadınla işlərini yekunlaşdırılmış hesab edirlərsə, deməli, bu sahədən heç anlayışları yoxdur! Bu uşaqları həyatın, valideynin, cəmiyyətin ümidinə buraxırlar. Valideynin psixoloji vəziyyəti yerində olmaya bilər, cəmiyyət korlanmış ola bilər.

O uşaqların ətrafını araşdıranda görürük ki, həqiqətən də, ailələrində problem olub, ətrafdan da stiqma görən uşaqlar olur. Yəni heç bir uşaq birdən-birə, kor-koranə intihar eləmir. Bu dəhşətli əməlin altında böyük səbəblər var və bu səbəbləri, təəssüf ki, Dövlət Komitəsi araşdırmaq niyyətində deyil.

Siz, mən ya başqa həmkarlar özümüz deyib, özümüz yazırıq. Yazdıqlarımız da yalnız öz çevrəmizdə oxunur. Sanki bu problemlər heç kimi maraqlandırmır və narahat eləmir. Ciddi işlər görmək lazımdır!

Səhv etmirəmsə, ötən ilin sonlarında DİN ilə Komitə birləşib məktəblərdə təlimlər keçməyə niyyətlənmişdilər. Hətta mən yeniyetmə yaşda olan uşaqlarla bir neçə təlim örnəyi də gördüm. Məncə, o layihəni genişləndirmək olar. Lap aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər təlim keçmək lazımdır.

Əvvəl hesab edirdik ki, intihar yaşı yeniyetməlik dövründən başlayır. Lakin 8 yaşında uşağın intiharı onu göstərir ki, belə təlimlər I-II siniflərdə də keçirilməlidir.

Uşaqlara polisin, uşaq qaynar xəttininin əhəmiyyətini anlatmaq lazımdır.

"Uşaq Qaynar Xətti" 8-10 il əvvəl yaradıldı. O xəttin fəaliyyəti barədə mətbuatda hesabat görülübmü? Biz mətbuatın içindəyik. Məsələ ilə bağlı son zamanlarda bir material, məlumat və ya layihəyə rast gəlmişikmi? Gəlməmişik!

O "Uşaq Qaynar Xətti"nin fəaliyyəti nədən ibarətdir? Orada işləyən pedaqoqlar, psixoloqlar nə işlə məşğuldurlar? Nə qədər uşaq müraciət edir? Hansı problemlərlə müraciət olunur? Bunların hesabatı verilməlidir, açıqlanmalıdır. Təssüf ki, biz bunların heç birini görmürük!"

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

8 yaşlı uşaq niyə intihar edir? - Sosioloqdan maraqlı CAVABZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2358   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr