Tibbi maska tələbi ləğv edildi, bəs cərimələr?
Məlum olduğu kimi, mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib. İki ildən sonra maskasız həyata geri qayıdan vətəndaşlar bu xəbəri böyük sevinclə qarşılayıblar. Yazılan cərimələr isə hələ də mübahisəli mövzu olaraq qalır.
Tibbi maskanın ləğvindən sonra ona görə yazılan cərimələrin də ləğvi gözlənilirmi?
Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə, cərimələrin ləğv olunması gözlənilmir. O, Bizim.Media-ya açıqlamasında bu düşüncənin yanlış olduğunu bildirib:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) var və həmin 211-ci maddə İXM-dən çıxarılmadıqca tibbi maskalara görə tətbiq edilmiş cərimələrin də silinməsi hüquqi cəhətdən mümkün deyil".
Hüquqşünas cərimələrin ödənilməsinin vacib olduğunu bildirib:
"Qərar qüvvəsini alıbsa, onun icrası artıq məcburidir. Bu günə qədər protokol təyin olunduğu halda qərar yoxdursa, o halda qanunda bu qaydanın dəyişdirilməsi mümkündür. Faktiki olaraq bu gün cərimə olunanlarla bağlı qərar qəbul olunub və artıq əksəriyyəti də icra olunmaqdadır. Buna görə də hər-hansı qərarın ləğvi mümkün deyil və cərimələr ödənilməlidir", - deyə S.Axundov fikirlərini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1251 Tarix: 04 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr