Polad Həşimovla bağlı film təqdim olunacaq
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.
Oxu.Az-ın məlumata görə, "Poladın izi ilə" adlı ekran əsəri "Salnaməfilm" studiyasında istehsal olunub.
2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.
"Poladın izi ilə" sənədli filminin təqdimat mərasimi 4 may 2022-ci il tarixində, saat 19-00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.
"Salnaməfilm" studiyasının istehsalı olan digər film isə Fransa Müqavimət Hərəkatının üzvü olan həmyerlimiz Əhmədiyyə Cəbrayılova həsr olunub. "O, Xarqo idi" adlı sənədli filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, ideya müəllifi Şahin Sinaria, görüntü rejissoru Rafiq Əliyev, prodüseri Nazim Hüseynovdur.
Filmdə qəhrəmanın obrazını İqbal Əliyev canlandırıb.
Zəngin arxiv materiallarından istifadə olunmuş filmin çəkilişləri Bakı, Şəki, Xaçmaz, Paris və Montobanda aparılıb.
"O, Xarqo idi" filminin nümayişi 6 may 2022-ci il tarixində saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 802 Tarix: 04 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr