"Kaspi" Təhsil Mərkəzi Əli Həsənovdan alındı
"Kaspi" Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənib.
Bu barədə Demokrat.az məlumat yayıb.
Bildirilib ki, bu günlərdə Səbail Rayon İcra və Probasiya Şöbəsi əməkdaşları tərəfindən binanın icarədarları binadan çıxarılıblar və binanın qapısı icra məmuru tərəfindən möhürlənib.
Qeyd edək ki, "Kaspi" Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub. Əli Həsənov işdən çıxarılandan sonra icra məmurları tərəfindən ofisi möhürlənən bina icarəyə verilib. Son vaxtlar həmin binanın Əli Həsənovdan alınması barədə söz-söhbətlər dolaşsa da, bu, rəsmi təsdiqini tapmırdı.
Amma bu günlərdə binanın qapısının icra məmurları tərəfindən möhürlənməsi bir daha sübut edir ki, həmin bina Əli Həsənovdan alınıb.
Xatırladaq ki, bir neçə il bundan əvvəl "Kaspi Liseyi Ümumtəhsil Məktəbi" MMC-nin baş mühasibi olmuş Tural Məmmədovun və mühasib Fərahim Möhbalıyevin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırması keçirilib.
İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyiblər. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.
Təqsirli bilinən şəxslər özlərini ittiham üzrə günahkar saymırdılar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1618 Tarix: 04 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr