Özünü binadan atan məktəbli qız ilə bağlı ağlasığmaz İDDİALAR - FOTO
Özünü binadan ataraq həyatına son qoyan 2005-ci il təvəllüdlü Xumar Babayevanı bu addıma vadar edən səbəblərlə bağlı bir sıra iddialar səsləndirilir.
Oxu.Az-ın məlumatına görə, hadisə ilə bağlı sosial şəbəkələrdə məktəbli qızın oxuduğu tədris müəssisəsində təhsil alan şagird və müəllimlər tərəfindən bir sıra paylaşımlar edilib.
X.Babayevanın özünə qəsd etməsi hər kəsdə təəssüf hissi doğurub. Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Baş Prokurorluğu da araşdırmalara başlayıb. İntiharın səbəbi araşdırmaların yekun nəticəsindən sonra bəlli olacaq.
Paylaşılan iddialar arasında qızın imtahandan az bal toplaması səbəbindən intihar etdiyi deyilsə də, müəllimləri və qızı tanıyanlar onun kifayət qədər savadlı, tərbiyəli, nizam-intizamlı şagird olduğunu qeyd edirlər.
Digər iddialardan biri isə Xumarın ailəsi tərəfindən evliliyə vadar edilməsidir. Bunun isə nə dərəcədə həqiqəti əks etdirdiyini kimsə bilmir.
O da qeyd olunur ki, Xumarın intihar cəhd etdiyini görən xadimə onu bu fikrindən daşındırmağa çalışıb. Sosial şəbəkələrdə paylaşılan fotolar arasında qızın yanında xadimənin olduğu görünür. İddialara görə, Xumarın eyvanda, məhəccərin üzərinə çıxaraq oturduğunu görən xadimə ona yaxınlaşıb. Bir dəfə onu oradan endirib və fikrindən çəkindirib. Deyilənə görə, qadına fikrindən daşındığını deyən X.Babayeva xadimə getdikdən sonra özünü atıb.
Yenə sosial şəbəkələrdə X.Babayevanı tanıdıqlarını iddia edən şəxslərin paylaşımlarına görə, hadisə baş verən bina onun yaşadığı deyil, məşğələyə getdiyi yerdir.
Təkrar xatırladırıq ki, bütün bunlar sadəcə hadisə ilə bağlı irəli sürülən müxtəlif ehtimallardır. Hadisənin əsas səbəbi hüquq-mühafizə orqanları tərəfindən aparıan araşdırmaların yekununda məlum olacaq.
Qeyd edək ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Bir gün öncə Xumarın doğum günü olub. Hadisə zamanı qız aşağıda dayanmış, 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə o, ağır xəsarətlər alıb. Bakı Şəhər Baş Prokurorluğunda faktla bağlı araşdırmalar başlayıb.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu