Bakıda küçədə məktəbli qıza şillə vuran şəxs: "Bu hərəkəti televizorda görmüşdüm" - VİDEO

Bakıda küçədə məktəbli qıza şillə vuran şəxs: "Bu hərəkəti televizorda görmüşdüm" - VİDEOFevralın 5-də Yasamal rayonu, Şərifzadə küçəsində məktəbli qıza qəfil şillə vuran şəxsə hökm oxunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi 29 yaşlı Əhməd Hüseynovu Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilərək ona altı ay müddətinə həbs cəzası verib.

Araşdırmalar zamanı məlum olub ki, Əhməd Hüseynov İqtisad Universitetinin 2014-cü il məzunudur və Şərifzadə küçəsində yaşayır. O, həmin gün marketə gedərkən küçədə yüksək səslə söyüşlər söyüb və qarşısına çıxan 11-ci sinif şagirdi A.Q.-nin üzünə qəfil şillə vurub. Hadisə haqda həmin qızın atası Musa Quliyev sayta müraciət edib, görüntüləri təqdim etdikdən sonra məsələ ictimailəşib, Əhməd tutulub və barəsində cinayət işi açılıb.

Məhkəmədə Əhməd Hüseynov əməlindən peşman olduğunu bildirib:

"Şərifzadə küçəsində, yaşadığım mənzilin yanında yerləşən şirniyyat evində işləyib, anama və bacıma baxıram. Bu ilin 5 fevralında, saat 14 radələrində marketə bazarlıq etmək üçün gedən zaman metronun "İnşaatçılar" stansiyasının qarşısında tanımadığım bir nəfər qızın yolla getdiyini görüb, yanından keçən zaman əlimi cibimdən çıxarıb zarafat edən şəxs kimi təsadüfən üzündən şillə ilə vurub, heç nə olmamış kimi hərəkət edib yoluma davam etdim. Bu vaxt ətrafdan keçənlər təəccüblə baxsalar da, özümü bilməzliyə və görməzliyə qoydum. Yoluma davam etdim. Həmin gün etdiyim hərəkətlərin mahiyyətini dərk edib, düz etmədiyimi başa düşdüm, amma nədənsə həmin hərəkətləri etmək içimdən gəldiyi üçün bunu etdim. Həmçinin həmin gün televizorda göstərilən şou-proqramda olduğu kimi, insanlarla zarafat edən şəxslər kimi hərəkət etdim".

Qeyd edək ki, Əhməd Hüseynov yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Məktəbin 11-ci sinfində oxuyan qızın atasının bildirdiyinə görə, vurulan şillənin təsirindən qızı ağzından və burnundan xəsarət alıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1643   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr