Ermənilərin başına pul mükafatı qoyduqları Azərbaycanın Milli Qəhrəmanının anım günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Şuşa uğrunda 8 may 1992-ci il tarixində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Albert Aqarunovun anım günüdür.
O, 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib.
1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır.
Albert Aqarunov tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.
1992-ci il mayın 8-də Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir.
Sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında qəhrəmancasına həlak olur.
Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi, onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını "Albert" adlandırırdı... Ermənilər onun başına pul mükafatı qoymuşdular.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır.
Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi qurulub, təhsil aldığı məktəbin önündə büstü ucadılıb.
Eyni zamanda, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2241 Tarix: 08 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərin təməlində dayanan milli birlik və xalq həmrəyliyi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas dayaqlarından biri xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. "Dəmir yumruq" ifadəsi yalnız hərbi gücün deyil, dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. Azərbayca
6 noyabrİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
6 noyabrGüc və birlik rəmzi - "Dəmir yumruq"
"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej
3 noyabrƏrdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
5 noyabrHeydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası
"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan
6 noyabrİlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö
3 noyabrŞuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı oldu
"2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Vaxtilə xəyal kimi görünən bu arzu reallığa çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq imzaladığı Sərəncamla noyabrın 8-ni Zəfər Günü elan etdi
4 noyabr