Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası
"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında müharibə veteranı, polkovnik Həbib Məmmədov bildirib.
"Qısa zaman kəsiyində müdrik rəhbərimizin zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standarlarının tələblərinə tam dolğunluğu ilə cavab verən Konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olundu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq "Heydər Əliyev konstitusiyası" adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetməni prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır.
Hal-hazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə 1995-ci ilin "Heydər Əliyev Konstitusiyası" dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayır. Təbii ki, Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunsa da, xalqımız müstəqilliyimizin bərpasının sevincini yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamışdır. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olmuş, sürətli inkişafın möhkəm təməlləri qoyulmuşdur. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizin parçalanıb yox olmaq təhlükəsindən azad etməsində olmuşdur.
Bu il 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin beş ili tamam olur. Şanlı Qələbəmiz ölkəmizin Ümummilli Liderinin 1993-cü ildə hakimiyyətə qayıdışından başlayaraq bu günədək keçdiyi inkişaf yolunun aydın mənzərəzsini yaradır. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri tarixi zəfərə imza atmış, öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. Həmçinin, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanmış, cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək növbəti parlaq qələbə nəticəsində Azərbaycan Respublikası öz suverenliyini bütün ərazilərində tam bərpa etmişdir.
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla dalğalanır. Suverenliyimizin tam bərpası yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni üfüqlərin açılmasına gətirib çıxarmışdır. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi, dövlət başçısı İlham Əliyevin prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi qürurverici hadisələrdən olmuşdur. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz yeni reallıqlar fonunda cənnət məkana çevrilməkdədir. Soydaşlarımız Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtmaqdadılar. Tarixi Zəfərimizin, suverenliyimizin əbədiləşdirilməsinə yönələn addımlar davamlılığı ilə diqqətdədir. Belə ki, Zəfər Gününün, Dövlət Suverenliyi Gününün, azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi bu məqsədə xidmət edən mühüm addımlar sırasındadır. Bu gün, uğurlarımızın qeyd olunan davamlılığı ölkəmiz üçün yeni hədəfləri şərtləndirir. "Konstitusiya və Suverenlik ili" ilə bağlı Sərəncamda da vurğulandığı kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Keçmiş nazirin oğluna vəzifə verildi
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Leysan, dolu, qar - Sabahın havası
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon