Müxalifət Bakı ilə sülh razılaşmasını buna görə istəmir
Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilmiş son görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə çox vacib razılaşmalar əldə olunmuşdu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutmuş danışıqlar zamanı aprel ayının sonunadək hər iki ölkə sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupları yaratmalı və XİN səviyyəsində Sülh Müqaviləsi üzrə danışıqlara başlamalı idilər.
Lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir işçi qrupunun hələ də yaradılmadığını bildirir, üstəlik Sülh Müqaviləsi üzrə Azərbaycan tərəfinə hansısa yeni təkliflərin təqdim olunmasından danışır. Onun öz müsahibəsində istinad etdiyi bu təkliflərin mətni hələlik açıqlanmayıb və ona görə də bu təkliflərin nə qədər konstruktiv olması haqqında fikir yürütmək çətindir. Lakin son 30 il ərzində aparılmış danışıqların təcrübəsindən bizə yaxşı məlumdur ki, bu kimi addımlarda Ermənistan rəhbərliyi həmişə konstruktivlikdən uzaq olub. Hətta zaman-zaman yüksək səviyyədə keçirilmiş danışıqlar zamanı hər hansı bir müsbət razılaşma oldqda belə, daha sonra Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə öz vədinə əməl etməkdən boyun qaşırıb. Bu dəfə də Ermənistanın Brüsseldə əldə olunmuş razılaşmalara əməl edib-etməyəcəyi hələlik sual altındadır.
Amma alternativ yolun olmadığı da bəllidir. Hazırda Ermənistanda baş verən daxili toqquşmalar erməni cəmiyyətində ölkənin taleyi ilə bağlı ictimai-siyasi konsensusun olmadığını göstərir. Doğrudur, iqtidar və müxalifət qüvvələrinin qarşıdurmasındsa əsas məsələ ölkənin gələcək taleyi yox, siyasi hakimiyyətin əldə saxlanılması və ya əldə edilməsi kimi dar çərçivəli partiya maraqları durur. Bunun da bir çox səbəbləri var. Onların bir qismi müxalifətin gələcək taleyi ilə bağlıdır. Ermənistan müxalifəti anlayır ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, diplomatik münasibətlərin bərpa edilməsi iki ölkə arasında real əməkdaşlığa gətirib çıxara bilər. Bu baş verərsə, hakimiyyətdə olduqları dövrlərdə törətdikləri çoxsaylı cinayətlərə görə təkcə Ermənistanın yeni rəhbərliyi qarşısında yox, həm də Azərbaycan dövləti qarşısında məsuliyyət daşımalı olarlar. Buna görə də necə olursa olsun, siyasi hakimiyyəti ələ keçirmək və iki ölkə arasında münasibətlərin normallaşmasının qarşısını almağa cəhd göstərirlər. Lakin tarixin geriyə dönüşü olmadığı kimi, keçmiş cinayətkar xuntanın da bir daha siyasi hakimiyyətə yiyələnmək imkanları yoxdur. Bunu 30 il ərzində yeni ərazilər qazanmaq və onları hər hansı bir yolla legitimləşdirmək xəyalı ilə yaşamış və sonda ümidləri puç olmuş erməni cəmiyyəti də artıq başa düşüb.
Sülh danışıqlarına törədilən maneçilik, sərhədlərin delimitasiya prosesinin ləngidilməsi ilk növbədə Ermənistanda ictimai-siyasi sabitliyin və nəticə etibarilə ölkənin hansısa bir nöqtədən başlayaraq konstruktiv istiqamətdə inkişafının qarşısını alır. Ölkədə depopulyasiya prosesləri güclənir və qapalı iqtisadiyyat durğunluq bataqlığından çıxa bilmir. Ermənistan öz müstəqilliyini elan etdikdən sonra nəhayət özünü dünya birliyinin məsuliyyətli bir üzvü kimi aparmalı və anlamalıdır ki, belə bir çıxılmaz vəziyyətdə sülh danışıqlarına alternativ ikinci bir çıxış yolu yoxdur. Əks halda işğal etdiyi torpaqları itirdiyi kimi, formal olaraq hələ 1991-ci ildə elan etdiyi dövlət müstəqilliyini də tamamilə itirə bilər./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
Hotellərə yeni tələb qoyulur