Arvadını öldürüb qayınanasını yaralayan şəxs BİZNESMEN İMİŞ
Mayın 8-də günorta saatlarında Sumqayıtda kişinin həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməsi, qayınanasını isə yaralaması hadisəsinin bəzi detalları məlum olub.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, Qurd dərəsi yaşayış massivində 41 yaşlı həyat yoldaşı İlahə İsgəndərovanı 13 bıçaq zərbəsi ilə öldürən, qayınanası İ.Nağıyevaya isə xəsarətlər yetirən Tofiq Həsənov biznesmendir. Belə ki, o, Rusiyada fəaliyyət göstərib və ticarətlə məşğul olub.
İlkin məlumata görə, hadisə ailədə pula görə bir müddət əvvəl yaranmış münaqişəli vəziyyətə görə baş verib. Belə ki, T.Həsənov mənzildə saxladığı 180 min manat pulun müəmmalı şəkildə yoxa çıxdığını bildirib. O, həmin vaxt pullarının itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamı külli miqdarda vəsaitinin həyat yoldaşı və qayınanası tərəfindən ələ keçirildiyini iddia edib.
Bundan sonra onların münasibəti daha da pisləşib və ayrı yaşamağa başlayıblar. İlahə İsgəndərova anası ilə birgə Qurd dərəsində yeni aldıqları evdə yaşamağa başlayıb.
Bildirilir ki, əvvəllər də məhkumluq həyatı yaşamış T.Həsənov mayın 8-də həyat yoldaşı və qayınanasının yaşadığı evdə olarkən pul mübahisəsinə görə növbəti dəfə münaqişə yaranıb. Bu zaman o, İ.İsgəndərovanı öldürüb, qayınanasına isə xəsarətlər yetirib.
T.Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2058 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda
31 oktyabrVüsalın qətlinə görə cəmi 10 min veribmiş...
13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c
28 sentyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrBakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
5 oktyabrMeşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu
3 noyabrBakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is
29 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabr