Yenilik : Tələbələrə kredit veriləcək
Azərbaycanda "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsilhaqqı kreditlərindən əlavə, tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar və araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlərin təqdim olunması planlaşdırılır.
Bu barədə "Maarifçi" Tələbə Kredit Fondundan məlumat verilib.
Fonddan qeyd edilib ki, bu kreditlərin şərtləri hələlik məlum deyil. Hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqına olan borclarının ödənilməsi üçün verilir. "Maarifçi" Tələbə Kredit Fondunun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində yalnız bakalavr pilləsində təhsil alan tələbələrə "Təhsil haqqı kreditləri" təqdim olunacaq. Növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər. Eyni zamanda, növbəti illərdə digər kreditlər növləri üzrə də fəaliyyətə start veriləcək.
Qeyd edək ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.
Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən - artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.
Xatırladaq ki, Fondda kreditin verilməsi ilə bağlı 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olan və sənədləşmə uyğunsuzluğu olanlar olub.
Fond bu ili oktyabrın 1-dən 31-dək 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcunun ödənilməsi üçün yeni müraciətlərin qəbulunu aparacaq. (modern.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 597 Tarix: 11 oktyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021