Qarabağ atları kraliça II Elizabet üçün şou göstərəcək - FOTO

Qarabağ atları kraliça II Elizabet üçün şou göstərəcək - FOTOQarabağ atları kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümünə həsr olunan "Royal Windsor Horse Show" təd­birində iştirak edəcəklər.

Bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiya­sı məlumat yayıb.

Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası II Elizabetin şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.

Bildirilib ki, bu ilki təd­birdə təmsilçilərimiz tərəfindən "Odlar Yurdu" adlı xüsusi proqram təqdim olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiya­sının təşkilat­çı­lığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əmək­dar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 sü­varisi tərə­findən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nü­ma­yiş etdiriləcək, Azərbaycan Respublikasının Əməkdar ar­tis­ti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə "Sərhədçi" ansam­blı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.

12-15 may tarixlərində təşkil olunacaq şouda Azər­bay­can nümayəndələrinin ümumilikdə dörd çıxışı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral Atçılıq tədbirləri Britaniyanın və aparıcı dünya dövlətlərinin TV və mediaları tərəfindən geniş işıqlandırılacaq.
Qarabağ atları kraliça II Elizabet üçün şou göstərəcək - FOTOQarabağ atları kraliça II Elizabet üçün şou göstərəcək - FOTOQarabağ atları kraliça II Elizabet üçün şou göstərəcək - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1358   Tarix: 12 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr