DTX-dən əməliyyat: Qanunsuz silahlı dəstəyə qoşulan azərbaycanlı həbs edildi - FOTO
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DTX-dən verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək "Cundul Şam" adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1632 Tarix: 12 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabr