Qəzada ölən iki aylıq körpəni həkimə aparırmışlar...
Bu gün Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dəhşətli qəzada ölənlər və yaralananlar Xızının Giləzi qəsəbə sakinləridir. Belə ki, səhər saatlarında kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Xudabaxşıyev 2 aylıq qızının səhhətində yaranmış problemlə bağlı onu xəstəxanaya aparmaq istəyib. Bu məqsədlə o, dostu Orxan Qasımova müraciət edib və Pərviz, 2 aylıq qızı Mədinə, həyat yoldaşı Əfsanə və anası Vəsxanımla birgə Orxanın idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Sumqayıtdakı xəstəxanaya yola düşüblər. Yolda onlar magistralın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən yerdə təktərəfli hərəkət zolağına keçiblər. Yolun 69-cu kilometrliyində O.Qasımovun sürdüyü avtomobil üzbəüz gələn "DAF" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə, ön oturacaqda olan sürücü O.Qasımov, eləcə də Pərviz Xudabaxışov, həmçinin arxa oturacaqda anasının qucağında olan 2 aylıq Mədinə aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Körpənin anası və nənəsi isə ağır xəsarətlərlə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, son bir sutkada təmir edilən yolun təktərəfli edilmiş hissəsində 2 ağır yol qəzası baş verib. Hər iki qəzada minik avtomobillərinin yük maşınlarına çırpılması insan itkisinə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1762 Tarix: 12 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr