"Əgər İlkini buraxsalar, mən ondan əl çəkməyəcəm"
"Nərminin meyitinə birinci baxan şəxs mən olmuşam, yarım metrdən baxıb onu tanımışam. O uşaq mənim olmasa, necə deyə bilərdim mənimdir? Dəlillər bizim üçün kifayətdir".
"Qafqazinfo" xəbər verir ki, bunu yazıçı Aysel Əlizadə ilə görüşdə Tovuzda öldürlən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı atası Şərif Quliyev deyib. O bildirib ki, hadisəni İlkin Süleymanovun törətdiyinə əmindir: "Mən lap əvvəl gedib polis rəisinə demişdim ki, onu buraxın, hadisəni İlkin törətməyib. Amma özü ayın 10-da etiraf elədi. İndi bilirəm ki, bu əməli törədən yüzdə yüz bu insandır. Deyir ki, işgəncə altında boynuma götürmüşəm. Nərmin itkin olduğu 47 gündə mən deməmişəm qatil İlkindir. Ayın 10-da ifadəsini alanda uşağı harada saxladığını etiraf etdi. Dedi "ssenari qururdum", axırda da yandırıb çəkib. İndi məhkəmədə deyir, "məni məcbur ediblər". Bunu ancaq öz uşağı olmayan insan edə bilər. Əgər İlkin buraxsalar, mən ondan əl çəkməyəcəm".
Nərminin bacısı Şəbnəm Quliyeva isə uşağın atası tərəfindən satılmasına dair səsləndirilən iddialara cavab verib: "Bəziləri deyir atası uşağı satıb. Atam müharibədə uşaqları qorumağa çalışan adam olub. O necə öz uşağını sata bilər? Biz Nərminlə mağazaya gedəndə İlkin bizə kitab vermişdi. O Nərmini içəri salmaq istəyəndə kitab adı ilə edə bilərdi".
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2549 Tarix: 12 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr