Bakının gözə batmayan, əxlaqsızlıq təbliğ edən iaşə obyektləri və hotellər - Kimdir müqəssir? - VİDEO

Bakının gözə batmayan, əxlaqsızlıq təbliğ edən iaşə obyektləri və hotellər - Kimdir müqəssir? - VİDEOSon günlər yerli KİV-də, eləcə də bir çox sosial platformalarda tez-tez gənclərin otel otaqlarında qeyri-etik görüntüləri tirajlanır. Xüsusilə qadınların bu cür görüntüləri tirajlaması və bunun cəmiyyətin bəzi fərdləri tərəfindən normal qəbul edilməsi təəssüf doğurur. Bu hallar 30-40 il əvvəl yox idi desək, doğru olmaz. Sadəcə o vaxt texnologiya bu qədər inkişaf etmədiyindən cəmiyyət olaraq insanların yataq otağına bir bu qədər "hakim" olunmurdu.

Hətta bəzi hallarda gənclərin və ya ailəli şəxslərin bir başqa qadınlarla (kişilərlə) intim görüntüləri də yayılıb. Bu, heç də yaxşı hal deyil. Bu kimi hallara paytaxtla yanaşı bölgələrdə də rast gəlinir.

Heç kimə sirr deyil ki, Bakıda "masaj salonu" adı altında intim xidmətləri göstərilir. Lakin bu hallarla mübarizə aparmaq üçün vəziyyətdən razı deyil, narazı olanların sayı çox olmalıdır.

Məsələ bundadır ki, bu mövzuda aparılan anonim söhbətlərdə çoxları fahişəxanaların leqallaşdırılmasını dəstəkləsə də, ictimaiyyət qarşısında "mentalitet" deyərək üsyan edir, qəti şəkildə "olmaz" deyirlər.

Ancaq bununla açıq mübarizə üçün çətin ki, kimlərsə aidiyyəti qurumlara yardım etsin.

Seksoloq Təhmasib Cavadzadə müsahibələrindən birində qeyd edib ki, fahişəliyin leqallaşması ciddi dəyişikliklərə səbəb olmasa da gənclər ehtiyaclarını qarşılamaq üçün gizli yer axtarmaq məcburiyyətində olmayacaq:

"Hansısa qadınla danışıb, evə gedəndə basqına uğramayacaqlar. Leqal şəkildə seks həyatları olacaq. Qaldı ki fahişələrə, onlar, sadəcə, vərdişdən dolayı bu xidmətləri verirlər. Pul insan üçün şirindir. Bu isə pul qazanmağın ən asan və həzzverici yollarından biridir. Bəzən deyirlər ki, "mən ehtiyac səbəbindən bu yola düşmüşəm". Xeyr, boş söhbətlərdir. İnsan pul qazanmaq üçün 50 yol tapa bilər. Əgər bunu seçirsə, demək, seks vərdişi onu vadar edir".

Aidiyyəti qurumlar tərəfindən müəyyən dövrlərdə Bakıda bir neçə əxlaqsızlıq yuvasının aşkarlanaraq ifşa olunduğu və qanunla müvafiq tədbirlərin görüldüyü barədə məlumatlara rast gəlmişik. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur.

Bu cür obyektlərdən gələn bəlaların isə sayı-hesabı yoxdur. Müxtəlif növ dəri xəstəlikləri, yoluxucu xəstəliklər məhz bu tip obyektlərdən yayılmağa başlayır. Bu obyektlər isə kimlərin maraqlarına xidmət edir, o müəmmalıdır.

Məsələ ilə bağlı hansı hotelə və ya digər "obyekt"lərə zəng edirsən, əlaqə saxlayırsan, "zəhmət olmasa yaxınlaşın, üzbəüz danışaq" cavabı alırsan. Hotellər isə müraciət edən şəxslərdən nikah haqqında şəhadətnamə tələb etdiklərini deyirlər.

Bəs, yaxşı, o zaman sosial şəbəkələrdə yayılan bu videogörüntülər necə ortaya çıxır?

Videogörüntülərin bir qismi adsız olsa da, birində məkan olaraq "New Baku Hotel" işarələnib. Oxu.Az-ın əməkdaşı elə həmin hotel ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənməyə çalışıb.

Qeydiyyat şöbəsi videogörüntülərin bu hoteldə çəkilmədiyini, lakin sözügedən şəxsin qeyri-müəyyən səbəblərdən tez-tez hotelin adını işarələdiyini bildirdi.

Bu özü də maraqlı məqamdır, əgər vətəndaşa rəhbərlik tərəfindən irad tutulmursa, buna bir növ "PR" demək də olar, elə deyilmi?

Hotelin baş meneceri Xəzri Rəhimov isə təmsil etdiyi müəssisənin adının bu cür məsələdə hallanmasından təəssüfləndiyini qeyd edib:

"Sözün düzü, bu paylaşımda bizim hoteli işarələyən şəxsi tanımırıq. Bununla bağlı qarşımıza bir neçə belə videolar çıxmışdı və biz "Instagram" sosial şəbəkəsinə şikayət ünvanlayıb bir neçə foto və videonun silinməsinə nail olduq. Lakin təəssüf edirəm ki, bu kimi videolar yenə qalır. Videogörüntülər bizim hoteldə lentə alınmayıb, hotelimizin interyeri tamamilə fərqlidir. Sadəcə bizim hotelin adından paylaşım edilir, bu məsələnin hüquqi müstəvidə həlli varmı yoxsa yox bilmirik. Aidiyyəti şöbəmiz bir neçə dəfə şikayət edərək, videoların silinməsinə çalışıb".

X.Rəhimov qeyd edib ki, vətəndaş barədə hotel rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib:

"Paylaşılan məlumat yanlışdır, bizə aid deyildir. Biz də istərdik ki, həmin şəxsi tapmaqda bizə köməklik göstərilsin. Təəssüf ki, son dönəmlər sosial şəbəkələrdə bu kimi videolar paylaşılır. Vətəndaş olaraq biz də təəssüf hissi keçiririk. Yəqin ki, bu kimi məsələlərdə yanlış məlumat paylaşanlar barədə hüquqi müstəvidə tədbir görülər. Bununla bağlı şirkət rəhbərliyinə və hüquqşünaslara da lazımı tapşırıqlar veriləcək".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzu ilə əlaqədar nazirliyə daxil olan iddialarla bağlı araşdırmalar aparılır.

"Hazırda ölkədə əxlaqsız yuvası kimi fəaliyyət göstərən hər hansı ictimai iaşə obyekti, hotel haqqında DİN Mətbuat Xidmətində heç bir məlumat yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3758   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr