Pandemiyaya görə bu quşlar Bakıda yoxa çıxıb - Səbəb
Son iki ildə Bakıya baharın müşdəçisi olan qaranquşlar gəlmir.
Sonxeber.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Tahir Kərimov bildirib.
Tahir Kərimov deyib ki, son iki ildə qaranquşların Bakı şəhərinə gəlməməsinin əsas səbəbi pandemiya zamanı aparılan dərmanlamalardır. Məsələ ondadır ki, qaranquşlar əsasən ağcaqanadlarla qidalanan quşlardır, son illərdə isə paytaxtda demək olar ki, ağcaqanadlar tamamilə yoxa çıxıb: "Son iki ildə koronavirus pandemiyası ilə bağlı Bakıda mütəmadi olaraq dərmanlama işləri aparılıb.
Buna görə də Bakıda demək olar ki, ağcaqanadların kökü kəsilib. Quşların yaşayışı üçün əsas faktorlar yem mənbəyidir, pandemiya dövrünə də dərmanlama işlərinin aparılması bu quşların dar qida arsenalını məhv etdi. Bu quşların qidalandığı ağcaqanadlar yoxdursa, deməli, o yerdə qaranquşlar da yoxdur".
Bioloq qaranquşların Bakıya gəlməməsinin digər səbəbinin isə iqlim dəyişikliyi ilə əlaqədar ola biləcəyini deyib: "Hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox quş növlərinin yaşayış arealı şimala çəkilib. Güclü istiləşmə səbəbindən Azərbaycanda da bir neçə quş növü itirilmək üzrədir".
Tahir Kərimov qeyd edib ki, pandemiya ilə bağlı aparılan dərmanlamaya görə qaranquşlarla yanaşı, şanapipiklər də Bakıya gəlmir.
AMEA üzvü onu da əlavə edib ki, Azərbaycanın digər şəhər və rayonlarında da qaranquşların sayı azalsa da, bu il hansı ərazilərə gəlib-gəlmədikləri ilə bağlı hələ ki, monitorinq aparılmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1758 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr