"Şuşa" adından istifadəyə məhdudiyyətlər – DETALLAR
"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir.
Sonxeber.az-ın məlumatına əsasən, bununla bağlı layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.
Layihədə "Şuşa" adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə "Şuşa" sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.
Qanuna yeni 40.1-1-ci maddə də əlavə olunur. Əlavəyə əsasən, Şuşa şəhərinin ərazisində idman yarışlarının "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanunun tələbləri nəzərə alınmaqla keçirilməsi təklif olunur.
Layihə müzakirələrdən sonra üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1514 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabr