Niyə xəstənin sağalmasını səhiyyə yox, televiziya həll edir?-AÇIQLAMA
Bu gün hüquqi, sosial, sağlamlıq və digər problemləri olan bir çox insanlar televiziyalara üz tuturlar. Daha çox isə boşanan və xəstəliyi olan şəxslər yardım üçün efirlərə çıxırlar. Vəkillər, səhiyyə əməkdaşları və digər müvafiq orqanlar zəifdirmi ki, onlar etməli olduğu işi aparıcılar edirlər?! Niyə xəstənin problemini həkim yox, boşanananların məsələsini, aliment ala bilməyənin işini vəkil yox, məhz televiziya və ya aparıcılar həll edirlər?
Məsələ ilə bağlı Sonxeber.az-a tanınmış jurnalist və publisist, media eksperti, filologiya elmləri doktoru, BDU-nun professoru, "AZLEKS" elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli açıqlama verib.
O, çoxlarının redaksiyalara, aparıcılara, televiziyalara, saytlara müraciət edib, dərdlərini sosial şəbəkələrdə bildirdiklərinin səbəbini belə izah edib:
"Şübhəsiz ki, dövlət qurumlarına da müraciət edənlər çoxdur. Niyə daha çox mediaya üz tuturlar? Bir çox hallarda müraciət edən şəxslər, dövlət qurumlarından o yardımı ala bilmirlər. Ona görə də problemlərinin ictimailəşdirilməsini istəyirlər.
Çünki bəzən dəfələrlə o müəssisələrə "ayaq döyürlər", "süründürməçilik"lə üzləşirlər və artıq ümüdlərini, inamlarını, etibarlarını itirirlər. Elə televiziyalara müraciət edənlərin artmasının da səbəbi budur.
Digər bir səbəb isə bu mövzuda televiziyaların həddindən artıq çox veriliş yayımlamasıdır.
Bəziləri daha çox tamaşaçı cəlb etmək üçün bu cür problemi olan insanları ekran qarşısına çıxarırlar. Çox hallarda heç onların problemlərini həll eləmirlər. Amma yenə də axın yaranır. "Domino" effekti kimi, birinin ardından başqaları da müraciət edirlər.
Lakin onların müraciətlərində də qeyri adi bir şey görmürəm. Çünki qəzet, sayt, media ictimai tribunadır. İnsanların problemlərinin həllinə ümid bəslədikləri bir platformadır.
Ona görə də, biz çalışmalıyıq ki, belə insanların problemləri aidiyyəti qurumlarda anındaca həll olunsun. Bəzən orada qanunun hərfinə qədər bir çox maddələr tətbiq olunur. Amma bu, problemin həllinə kömək etmir. Nəticədə, insanlar dərdlərini televiziyalarda, sosial şəbəkələrdə deyirlər.
Biz vətəndaş məmnunluğu üçün çalışmalıyıq ki, o şəxslərin problemləri həll edilsin.
Həll etmək üçün bizdə insanların dərdinə çarə olan, "başdan etməyən", onlara normal yanaşan, vicdanlı məmurlar, şikayətə baxan normal mexanizm olmalıdır. Belə olanda da, əlbəttə ki, şikayətçilərin sayı azalacaq.
Mən televiziyaları yalnız bir şeydə qınayıram ki, bəzən onlar psixi problemləri olan adamları efirə çıxarırlar. Hər hansı bir səbəbdən psixi pozğunluğu olan insanları efirə çıxarmaq günahdır. Heç onların çoxu danışdığı problemlərin mahiyyətini də bilmir.
Ona görə də televiziyalar, aparıcılar bu məsələdə həddindən artıq həssas və diqqətli olmalıdırlar".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu