İranda unun qiyməti kəskin artıb - Qıtlıq yaranıb
İranda çörəyin qiymətinin artması onun satışının və istehlakının da azalmasına səbəb olub.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tehranın Çörək İstehsalçıları Birliyinin sədri Məhəmməd Cavad Kərəmi yerli mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, unun qiymətinin birdən-birə 10 dəfə artması mağazalarda satılan bütün növ çörəklərin qiymətinin artmasına səbəb olub.
Bununla yanaşı, Tehranda çörək satışının və istehlakının da 50 faiz azaldığını nəzərə çatdıran M.C.Kərəmi insanların daha ucuz çörək növlərinə üstünlük verdiklərini bildirib. İranda ucuz çörək növü isə lavaşdır.
Qeyd edək ki, artıq bir ilə yaxındır İranda ərzaq mallarının qiyməti durmadan yüksəlir. Nəqliyyat, tibbi xidmətlərinin, sənaye və kənd təsərrüfatı mallarının qiyməti son 3 ay ərzində xeyli bahalaşıb.
İnflyasiyanın artması fonunda əmək haqqının olduğu kimi qalması əhalidə narazılıq yaradıb. Bununla yanaşı, unun qiymətinin birdən-birə 300 faiz yüksəlməsi əhalinin etirazına səbəb olub.
Ölkənin Kirman, Sistan-Bəlucistan, Çaharmahal-Bəxtiyati, Xuzistan və digər vilayətlərində kütləvi etiraz aksiyaları keçirilir. İnsanlar ərzaq mallarının qiymətlərinin aşağı salınmasını tələb edirlər. İran hökuməti əhalinin aztəminatlı ailələrinə kompensasiya ödəməyə başlayıb.
Lakin kompensasiya cüzi olduğu üçün insanların tələbatını ödəmir. Ölkə üzrə bir çox mağazalarda yumurta, toyuq əti, yağ və başqa ərzaq mallarının qıtlığı yaranıb.
İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar vəziyyəti daha da gərginləşdirir. Hökumət Qərb dövlətləri ilə tez bir zamanda anlaşıb sanksiyaların aradan qaldırılmasına çalışır. Vyanada artıq davam edən danışıqlar hələlik bir nəticə vermir.
Danışıqların nəticəsi olacağı təqdirdə bəzi sanksiyalar aradan qaldırıla bilər. Bu zaman İran bir sıra dövlətlərin banklarında dondurulmuş maliyyə vəsaitlərini alaraq ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırar.
Lakin görünən odur ki, fürsətdən istifadə edən Qərb dövlətləri nüvə proqramından başqa tələblər də irəli sürürlər ki, İranda milli maraqlarını nəzərə alaraq bu tələbləri qəbul etməkdan imtina edir.
Yerli mətbuatın yazdığına görə, xarici banklarda İranın 100 milyarda yaxın dondurulmuş maliyyə vəsaiti var. Neft satışından əldə olunan bu vəsaitlər sanksiyalar ucbatından dondurulub və İrana qaytarılmır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu günə olan qızıl və gümüş qiymətləri
Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya
3 noyabrHotellərə yeni tələb qoyulur
Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis
5 noyabrAzərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl
27 oktyabrAzərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?
Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat
2 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar
29 oktyabrAzərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi"
28 oktyabrNaxçıvana dotasiya 6 %-dən çox azaldılır
2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdi
23 oktyabrQızıl və gümüş ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub
27 oktyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabr