"Zəngəzur Azərbaycanın nəzarətinə keçərsə, Ermənistan yox olacaq" – ERMƏNİ DEPUTAT
"Turanın zənciri Zəngəzurdan keçir və təsadüfi deyil ki, Türkiyə-Azərbaycan tandeminin iştahı və əsas vəzifəsi nəhayət arzularını həyata keçirmək və Ermənistanın zəifləmiş durumundan istifadə edərək, tarixi qələbəni bəyan etməkdir".
Bu fikirləri mayın 22-də Fransa meydanında keçirilən müzakirə zamanı Daşnaksütyun partiyasının bürosunun üzvü, "Ermənistan" blokundan deputat Armen Rüstəmyan bildirib.
Siyasətçinin fikrincə, Ermənistan dünya üçün həmişə iki şeyə görə maraqlı olub: atom elektrik stansiyası və Turan zəncirini qıran geosiyasi xəttdə yerləşməsi.
Eyni zamanda o, qeyd edib ki, AES enerji ilə təmin etmək kimi bilavasitə vəzifəsi ilə yanaşı, Ermənistanın geosiyasi əhəmiyyətini də təmin edir.
Onun sözlərinə görə, "Zəngəzur dəhlizi" ilə bağlı söhbət davam edəcək.
"Biz başa düşməliyik ki, Ermənistan birdən-birə belə güzəştlərə gedərsə, bizim geosiyasi əhəmiyyətimiz itəcək və bu dəhliz Azərbaycan - Türkiyə tandeminin nəzarətinə keçəcək. Biz özümüzü geosiyasi torbada tapacağıq və bir faktor kimi artıq heç kimi maraqlandırmayacağıq. Bizim vəzifəmiz erməni amilini qoruyub saxlamaqdır", – Armen Rüstəmyan vurğulayıb.
Siyasətçi ikinci vəzifə kimi ermənilərin hüquqlarını qorumaq vəzifəsini göstərib.
O vurğulayıb ki, bu gün qarşıya qoyulan vəzifələrin sabah həyata keçirilməsi üçün geosiyasi vəziyyət dəyişə bilər:
"Biz bir nəsil olaraq elə etməliyik ki, gələcək nəsil daha öz hüquqlarını, tarixi ədaləti bərpa edib qoruyub saxlamaq haqda düşünməsin"./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 4322 Tarix: 22 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr