Paşinyanın "ilk peyk" yalanı: Bakıdan icazə alınıb?

Paşinyanın "ilk peyk" yalanı: Bakıdan icazə alınıb?Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin 25 mayda kosmosa ilk peykinin göndərildiyi barədə yaydığı xəbər mifdən başqa bir şey deyil.

Sonxeber.az Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında "Demokratik konsolidasiya" partiyasının sədri, Ermənistan Nəqliyyat və Rabitə Nazirliyi Aparatının İnformasiya və rabitə idarəsinin sabiq rəhbəri Suren Petrosyan deyib.

O bildirib ki, söhbət Almaniyanın "Exolaanch" şirkətinin Transporter-5 proqramı çərçivəsində orbitə buraxılan İspaniyanın "Satlantis" şirkətinin hazırladığı peykdən gedir. Maraqlıdır ki, Ermənistan proqramın 10 benefisiar ölkəsi siyahısına daxil edilməyib:

"Paşinyanın ötəngünkü bəyanatı yalnız daxili auditoriyaya yönəlib və siyasi məqsədlər güdür.

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Ermənistana, eləcə də BTİ-yə üzv olan bütün dövlətlərə kosmosda müəyyən mövqe, koordinatlar verib. 2015-ci ildə bu prosesi bütün inzibatçı üzvlərlə koordinasiya etmək və peyki orbitə çıxarmaq üçün bizə 4 il vaxt verilmişdi. Ancaq ayrılmış vaxtda biz bunu edə bilmədik".

Onun sözlərinə görə, 2020-ci ildə Ermənistana daha 4 il vaxt verildi, ancaq il yarıma peyk buraxmaq üçün BTİ üzvü olan ölkələrin razılığını almaq fiziki və texniki baxımdan mümkün deyil.

Petrosyan qeyd edib ki, Paşinyanın peykin buraxılması barədə danışıqların konfedensial getdiyi haqda sözləri də yalandır:

"Belə çıxır ki, onlar BTİ ilə gizli danışıqlar aparıblar? Kimdən gizlədiblər? Erməni xalqından? Məsələ bundadır ki, bu prosesi texniki baxımdan konfedensial aparmaq mümkün deyil. BTİ nizamnaməsinə görə, peykin buraxılması üçün bütün üzv dövlətlərdən icazə alınmalıdır – o cümlədən, Türkiyə və Azərbaycandan. Belə çıxır ki, bu barədə hamı bilib, yalnız bizdən başqa".

Petrosyanın sözlərinə görə, ən yaxşı halda Ermənistana "SpaceX" peyklərindən birinə giriş imkanı verilə bilər ki, ondan istifadə etsin və hansısa məlumatlar ala bilsin:

"Əgər bunlar doğru olsa, biz həm mülki-kadastr işlərində, həm də hərbi məqsədlər üçün dəqiq təsvirlər almaq imkanı əldə etmiş olarıq. Ancaq bu, fantastikadır".

Petrosyan xatırladıb ki, bir neçə il öncə "Armkosmos" erməni peyki yarada bilərdi:

"Söhbət heç də peyki bizim yaratmağımızdan deyil, təşkilatçı olmağımızdan gedir. Ancaq peyk proqramı həyata keçmədi, çünki hökumət onu maliyələşdirmədi. Peykin xərcləri 200-250 milyon dollar civarındadır, üstəlik əlavə xərcləri də var".

Bürakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikaelyan isə bildirib ki, informasiya dolğun deyil:

"Paşinyan bildirib ki, peyk "SpaceX" kosmik gəmisi ilə buraxılıb. Bu, o deməkdir ki, buraxılan mini-peykdir. Bu peyklər isə ciddi funksiya daşımır. Bu, çox ucuz peykdir, oyuncaq kimi bir şeydir. Normal peyklər 200-250 milyon dollara başa gəlir, əvvəlcədən sifariş edilir, hazırlanır. Əgər belə bir peyk sifariş edilsə idi, dövlət büdcəsindən həmin vəsait ayrılmalı idi və hamının da xəbəri olardı".

Hərbi ekspert Vaaqn Mxoyan da məsələyə münasibət bildirib, deyib ki, bu, ən yaxşı halda Ermənistanın ispan şirkətindən hansısa peyki kirayələməsi ola bilər:

"Exolaanch" şirkəti buraxıb ilk peykimizi? Bəs, bu şirkətin özünün bundan niyə xəbəri yoxdur? İspaniya mətbuatında "Santander" bankının bu layihə üçün maliyyə vəsaiti ayırdığını bildirən press-relizi dərc olunub. Görünür, söhbət peykin icarəsi üçün kreditin verilməsindən gedir:

Ermənistan rəhbərliyi kreditlə peyk kirayə götürüblər ki, xalqa "biz kosmosa ilk erməni peykini "SpaceX" şirkətinin "Falcon-9" raketi ilə göndərdik" deyə bilsinlər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1335   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun
.

Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir

XX əsr Avropasının taleyi faciəvi olmuşdur. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on milyonlarla iman tələfatına məruz qalmışdır. İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı gələcəyini təmin etmək, silahlı qarşıdurmalar

2 iyul
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun