"Gürcüstanın artıq itirəcək nəyisə yoxdur" - Politoloq
Bildiyimiz kimi, Gürcüstan Ukraynaya açıq dəstəyini bildirib. Belə ki, ölkə prezidenti Salome Zurabişvili Ukrayna ilə bağlı danışarkən bunları deyib: "Biz bilirik və unutmayacağıq ki, Ukrayna bu gün təkcə öz azadlığını, suverenliyini, müstəqilliyini deyil, həm də bizim azadlığımızı və digər Avropa ölkələrinin azadlığını müdafiə edir. Biz təkcə Ukrayna xalqının ağrısını bölüşməyə deyil, həm də onlarla tam həmrəylik nümayiş etdirməyə borcluyuq". Bəs belə bir mövqe Grcüstanla Rusiya arasındakı münasibətlərə necə təsir göstərə bilər?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bu dəstəyin Gürcüstan və Rusiya münasibətlərinin gərginləşmə prosesinə yenidən ciddi təkan verəcəyi gözlənilmir:
"Gürcüstan və Rusiya münasibətləri gərgin vəziyyətdədir. Gürcüstan bir müddət siyasi manevrlərdən istifadə edərək özünü tərəfsiz göstərməyə çalışsa da, Rusiya əhəmiyyət vermədi.Ukrayna demokratiyaya can atır, liberal cəmiyyət qurmaq istəyir. Gürcüstan Rusiya-Ukrayna münasibətlərində düzgün mövqe tutmağı bacardı.
Salome Zurabişvilinin söylədikləri həqiqətdir. Gürcüstanın təcavüzə məruz qalmış Ukraynaya dəstək verməsinə böyük qiymət verirəm. Artıq Gürcüstanın itirəcək nəyisə yoxdur. Abxaziya əldən gedib. Cənubi Osetiya da Rusiyanın tərkibinə keçib. Dünya cəngəllik qanunları ilə idarə edilmədiyi üçün Rusiyanın Tiflisə də hücum edəcəyini gözləmək olmaz. Rusiyanın Ukrayna ilə müharibədən necə çıxacağı da hələ sual altındadır".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR