Zəngilan aeroportu sentyabrın ilk on günlüyündə istismara verilə bilər
Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara verilməsi gözlənilir.
Bunu "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.
"Aeroportda işlərin 60 %-i tamamlanıb. Uçuş-enmə zolağına asfalt örtüyü vurulur. Burada da işlər 70-80 % tamamlanıb. Aeronaviqasiya qurğularının fundamentenin qoyulması 100 % bitib. Hazırda bu qurğular arasında rabitə və elektrik çəkilişi üçün kanal qazılır. Terminal binasında fasad işlərinin 30 %-i tamamlanıb. Uçuş-enmə zolağında, aeronaviqasiya avadanlıqlarında və qüllədə işlər bu ilin iyul ayında, qalan digər qurğularda isə işlər avqustun sonunda, sentyabrın əvvəlində bitəcək", - deyə o, qeyd edib.
V.Əmiraslanov xatırladıb ki, aeroportun təməli ötən ilin aprel ayında qoyulub: "May ayında isə Mintəmizləmə Agentliyi ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləməyə başlayıb. "Paralel olaraq təmizlənmiş ərazidə "AzVirt" şirkəti uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq qatının qazıntısını aparıb, sahəsi 60 min kvadrat metr olan və 8 hava gəmisi üçün nəzərdə tutulan perronda uzunluğu 600 metr olan sükan yolunun, torpaq yolunun qazma işlərinə başlanılıb. Bu müddət ərzində paralel olaraq sahəsi 5 min kvadratmetr olan terminal binasının dəmir-beton konstruksiyası işləri görülüb. Artıq dam örtüyünün bağlanması üzrə işin də 80 %-i yerinə yetirilib və yaxın günlərdə yekunlaşacaq"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1040 Tarix: 28 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabr