Azərbaycanda nəhəng su anbarında sızma baş verdi
Xaçın su anbarındakı bəndlərin bəzi hissələrində sızma qeydə alınıb.
Son günlər havanın yağmurlu keçməsi çaylarda suyun səviyyəsinin artması ilə nəticələnib.
Yağıntılardan əvvəlki quraqlıqdan əsər-əlamət qalmayıb. Hətta işğaldan azad edilmiş ərazilərdə yerləşən su anbarları demək olar ki, tam doldurulub. Bu isə özlüyündə bir neçə problemin mövcudluğunu ortaya çıxarıb.
Ağdam rayonu ərazisində yerləşən Xaçın su anbarı uzun illərdir işğal altında olduğu üçün aidiyyatı qurumlar anbara texniki qulluq göstərə bilməyib. Lakin anbarın tam dolması zamanı Ağdam Mexaniki Suvarma İdarəsinin mütəxəssisləri bənd və digər qurğulara baxış keçirib.
Məlum olub ki, baxımsız vəziyyətdə qalan anbarın bəndlərində su sızmaları var. Ancaq mütəxəssislər problemin çox ciddi təhlükə yaratma ehtimalının olmadığını və nasazlığın aradan qaldırılması istiqamətində fasiləsiz işlər apardığını bildirib.
Qeyd edək ki, Xaçın su anbarı 1964-cü ildə istifadəyə verilib. Xaçınçay çayı üzərində yerləşən hövzə 23 miln kubmetr həcmində su tutur. Bura tam dolduğu üçün artıq sular bunkerlər vasitəsi ilə çay yatağına buraxılır. Həmin sulardan isə Qərvənd, Xındırıstan va Quzanlı kəndlərinin suvarılması işlərinə sərf edilir.
Bundan başqa, Ağdam Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Xaçınçayın daşması heç bir fəsada yol açmayıb. Suyun ötürülməsi və kanallara paylanması işləri hazırda da davam edir./Bizim.Media

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2416 Tarix: 28 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabr