Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq
Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq.
Bu barədə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır bildirib.
"Ümid edirəm ki, bu, növbəti TEKNOFEST-də bu qurulacaq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik", - nazir müavini deyib.
"2018-ci ildə hiss etdiyimiz həyəcanı və ruh yüksəkliyini bu gün Bakıda da hiss edirik. "TEKNOFEST Azərbaycan"ın son günündəyik, bu gün xeyli sayda iştirakçı var. Bugünkü iştirakla biz "TEKNOFEST Azərbaycan"ı 300 mindən çox ziyarətçi ilə tamamlayacağıq. Bu yerlər üçün rekord hadisə olacaq".
O, qeyd edib ki, Azərbaycan və Türkiyə texnologiya sahəsində əməkdaşlıq edəcək.
Nazir müavini bütün həmsöhbətləri ilə innovasiya və texnologiya yönümlü işbirliklərini gücləndirməyin vacibliyini bildirib:
"Kosmos sahəsində tamamilə yeni əməkdaşlıqlar haqqında danışdıq, onların infrastrukturunu hazırladıq. Türkiyə və Azərbaycan texnologiya startaplarının faydalana biləcəyi müştərək müəssisə kapitalı fondları yaradacağıq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR