"TEKNOFEST" festivalı Azərbaycan və Türkiyə qardaşlığını bir daha göstərdi

"TEKNOFEST" festivalı Azərbaycan və Türkiyə qardaşlığını bir daha göstərdiMay ayının 28-də paytaxtımız Bakı şəhərində növbəti beynəlxalq tədbir - "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı keçirildi. İlk dəfə olaraq ölkəmizdə təşkil olunan bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və "TEKNOFEST"in təşkilatçısı Selçuk Bayraktar da iştirak ediblər
İki dost, qardaş, müttəfiq ölkə olan Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Bu gün ölkələrimiz arasında müttəfiqlik özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Ölkələrimiz daim yeniliyə, müasirliyə meyil göstərərək hər bir yeni təcrübənin tətbiqi fonunda dayanıqlı inkişafları ilə diqqətdə olur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi "Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik" fikirləri ölkələrin inkişafında liderlərin rolunun təqdimatı oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm olacaq. Bütün dünya bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha şahidi oldu. Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq.
2020-ci ilin 27 sentyabr tarixindən bugünədək iki qardaş ölkənin bir-birinə dəstəklərinə nəzər yetirmək kifayətdir. Hər bir önəmli hadisədə bir-birinin yanında olan Azərbaycan və Türkiyə liderləri bu reallığı bir daha dünyaya nümayiş etdirirlər ki, siyasətdə əbədi dostluq, qardaşlıq amilləri mövcuddur və bu faktor regionda, dünyada, ölkələr arasında etimad mühitinin formalaşmasında əsas rol oynayır. Dünya siyasətindən fərqli olaraq Azərbaycan və Türkiyə nümunəsi bir daha sübut edir ki, siyasətdə əbədi maraqlar hər zaman olmaya bilər, əbədi dostlar isə həmişə var.

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 986   Tarix: 30 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun