Putinin təbrik məktubunda incə ehtimal - Əliyev Ukrayna məsələsinin də həllinə töhfə verə bilərmi?..

Putinin təbrik məktubunda incə ehtimal - Əliyev Ukrayna məsələsinin də həllinə töhfə verə bilərmi?..Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edən Rusiya prezidenti bir sıra məqamlara toxunub. O cümlədən, Putinin göndərdiyi təbrik məktubunda belə bir məqam var: "Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır".

Bu, müəyyən mənada beynəlxalq gündəliyin ən aktual məsələlərindən biri olan Ukrayna hadisələri müstəvisində Rusiyanın ABŞ və Avropa ilə olan gərgin münasibətləridir. Ola bilərmi ki, Putin məhz bu gərginliyin, sözügedən məsələlərin həll olunmasında Azərbaycanın roluna, ölkəmizin bundan artıq hansısa bir rol oynayacağına işarə vurur? Yəni eyham vurur ki, Azərbaycan da Ukrayna məsələsinin həllində daha təsirli rol oynaya bilsin. O baxımdan müəyyən mənada Putinin ünvanladığı təbrik məktubundakı bu cümləsinin arxasında Azərbaycandan həmin o istəyə eyham vurula bilərmi ki, ölkəmiz də bu məsələnin həll olunmasında daha təsirli rol oynasın? Mümkündürmü bu?
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, nə mümkündürsə Azərbaycan bu məsələdə öz töhfəsini verməyə çalışır: "Putinin təbrik məktubu məzmun baxımından əhatəlidir. Toxunduğu məsələlər son illər Azərbaycanın qazandığı naliyyətlərə işarədir. Bizim siyasət güclü iqtisadiyyat, müstəqil siyasət prinsipləri üzərində quruldu. Bunun nəticəsində biz son illərdə Cənubi Qafqazda lider dövlətə çevrildik. Yüksək texnologiyalarla təchiz olunduq, müasir ordu yaratdıq. Bütün bunların nəticəsi olaraq 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandıq. Bütün əhali prezidentin ətrafında sıx birləşərək bu qələbəni təmin etdi. Digər tərəfdən, Ukrayna hadisələri konteksində Qərb-Rusiya qarşıdurması kəskinləşir. Rusiyaya tətbiq olunan sanksiyalar fonunda şimal qonşumuzun iqtisadiyyatı getdikcə zəifləyir. Bu da təbiidir. Çünki qazla yanaşı, Rusiya nefti də alıcı tapa bilmir. Bütün bunlar bir müddət sonra ölkə iqtisadiyyatında daha ciddi fəsadlara yol aça bilər. Ona görə də belə mürəkkəb situasiyada Azərbaycan Rusiya üçün dünyaya açılan bir pəncərə, çıxış yoludur. Məhz buna görə 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli razılaşmada Zəngəzur dəhlizi ilə bağlı məqam öz əksini tapıb. Azərbaycan Rusiya üçün böyük bir tranzit ölkədir. Bu baxımdan Moskva Bakı ilə yaxşı münasibətləri saxlamaq istəyir. Ancaq sanksiyaların tətbiq olunduğu bir dövrdə Azərbaycan sanksiyadan kənar nəsə etməli deyil. Ukrayna məsələsində Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bununla belə, Azərbaycan müharibənin tezliklə dayanmasını istəyir. Bu sahədə Türkiyə ilə birgə hərəkət edir. Hətta tərəflər arasında Bakıda danışıqların keçirilməsi ilə bağlı təklifini də verib. Bundan sonra da belə bir təşəbbüsün olacağı istisna deyil. Rusiya-Ukrayna rəsmiləri Azərbaycanda görüşə bilər. Nə mümkündürsə, Azərbaycan onu edir. Problem ondadır ki, yaxın günlərdə Rusiya-Ukrayna müharibəsinin dayanması görünmür. Çünki Rusiya öz ambisiyalarından əl çəkmir, Ukrayna da ərazilərinin işğal altında qalmasını istəmir. O üzdən, yaxın 2-3 ayda müharibənin bitəcəyinə inam çox azdır".

Ən nəhayət, siyasi ekspert onu da əlavə etdi ki, Azərbaycan bundan sonra nə mümkündürsə, o istiqamətdə öz səylərini artıracaq./,milli.az
Putinin təbrik məktubunda incə ehtimal - Əliyev Ukrayna məsələsinin də həllinə töhfə verə bilərmi?..


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1838   Tarix: 31 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr