"Türkiyə və İsrail münasibətləri böhran dövründən çıxır" - Politoloq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və İsrail arasında Aralıq dənizindəki qaz yataqlarından əldə ediləcək mavi yanacağın Avropaya nəqli sahəsində mümkün əməkdaşlıq barədə danışıqlar keçiriləcək.
Bununla bağlı Sonxeber.az-a politoloq Qabil Hüseynli açıqlama verib.
Onun sözlərinə görə, Rusiya qazının Avropa bazarlarına çıxarılmaması alternativ qaz mənbələrinə ehtiyac yaradacaq:
"Türkiyə və İsrail münasibətləri yaxşılaşmaqdadır. Üstəlik, bu yaxşılaşma ikitərəfli münasibətlərin az qala bütün sahələrini əhatə edir. Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması Avropanın qaz təminatında böyük rol oynayacaq. Çünki Rusiya qazının Avropa bazarlarına çıxarılmaması alternativ qaz mənbələrinə ehtiyac yaradacaq. Bütün bu iqtisadi münasibətlər Türkiyə-İsrail münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bilər.
Hələ ki, münasibət normallaşmağa doğru gedir. İsaril prezidenti İsaak Hersoq Türkiyəyə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə rəsmi səfər edib. Bütün bunlar onu göstərir ki, dövlətlərarası münasibətlər böhran dövründən çıxır və yüksəliş dövrünə qədəm qoyur".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR