Komitə araşdırdı: Qızını zəncirləyən ata ilə bağlı tükürpədən -Faktlar

Komitə araşdırdı: Qızını zəncirləyən ata ilə bağlı tükürpədən -Faktlarİmişli rayonu Cavadxanlı kəndində atanın qızını zəncirləməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi apardığı araşdırmanın nəticəsini açıqlayıb.

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Komitənin hüquq şöbəsinin müdiri Taliyə İbrahimovanın verdiyi məlumata görə, onlar qızın saxlandığı yerdə olublar: "Qızı yaşayış üçün uyğun olmayan yerdə saxlayıblar. Həmin yerdə yaşamaq üçün heç bir şərait yoxdur, hesab edin ki, daşın üstündə qalıb. Ailə qızın orada saxlandığını təsdiq edir. Lakin müşahidələrimiz göstərdi ki, qızın orada saxlanması ona əzab verməkdir. Qız evdən qaçırdısa, o, müalicə oluna bilərdi. Tövlə kimi yerdə xəstə insanı saxlamaq nə dərəcədə doğrudur? Ata özü üçün ayrıca ev tikib, ancaq qızlarını yaşayış üçün yararsız olan yerdə saxlayıb. Düzdür, ora tövlə deyil, amma heç bir şəraiti olmayan bir tikilidir. Ailədən qızın zəncirləndiyinin yalan məlumat olduğunu deyirlər. Ailə və qonşularla söhbət etdik. İcra hakimiyyətində Gender zorakılıq və uşaqlara qarşı zorakılıq qrupu ilə təcili iclas keçirildi. Biz də monitorinq qrupu qarşısında hadisə barədə məlumatı olduğu halda susan tərəflər barədə tədbir görülməsi üçün məsələ qaldırdıq. Hazırda cinayət işi aparılır və biz də nəticəni gözləyirik. Düşünürük ki, təqsirli hesab edilsə, məsuliyyətə cəlb edilməlidir".
Xəzər televiziyasında yayımlanan ''Bizə danış'' proqramının əməkdaşları bir qızın düz 8 ildir daxmada atası tərəfindən zəncirlənərək saxlanıldığını aşkarlayıblar.
T.İbrahimova Pərvanənin bacısının ölümü ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi: "Qonşulardan əldə etdiyimiz məlumata görə, qızların atası Valeh Məmmədovun özünün də müəyyən psixoloji problemləri olub. Digər qızın ölümünə gəldikdə, ailə bu barədə telekanalda yayılan məlumatın yalan olduğunu bildirdi. Onların sözlərinə görə, həmin qızın da psixoloji problemləri olub. Ölüm səbəbi həmin şəraitdə saxlanması deyil. Atası bildirdi ki, qızların hər ikisinin anadangəlmə psixoloji problemləri var. Pərvanə və bacısı illər əvvəl Bakıda Mərdəkanda ruhi dispanserdə müalicə alıblar. Hər ikisinin psixoloji problemlərinə görə təhsil almayıblar. Ümumiyyətlə, onlar cəmiyyətə buraxılmayıb, qapalı saxlanılıblar. Şəkillərdə də görünür ki, qız inkişafdan geri qalıb. Pərvanənin 27 yaşı var".
8 ildir atası tərəfindən əqli qüsurlu olduğuna görə İmişli rayonunda daxmada zəncirlənərək saxlanılan Pərvanə paytaxta gətirilir.
Komitə rəsmisinin sözlərinə görə, bu faktın üstündə dayanmaqla məsələyə düzgün qiymət verilməlidir: "Bu məişət zorakılığı halıdır. 2010-cu ildə bu barədə qanun qəbul olunub və bu halla qarşılaşanlar yerli icra hakimiyyəti, polisə müraciət etməlidir".(publika)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4713   Tarix: 13 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr