İki uşaq anasının müəmmalı ölümü - VİDEO
Bədbəxt hadisə, intihar, yoxsa qətl?
Sonxeber.az APATV-yə istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Ağalizadə Elnarə İntiqam qızının ölümü müəmmalı olaraq qalmaqdadır. 22 yaşlı qadının başına gələnlərdən sizi xəbərdar etmək üçün gərək 4 il əvvələ gedək. 2018-ci ildə Elnarə həmkəndlisi Elvin Ağəlizadə ilə ailə həyatı qurur və Elvinin ata-anasının da yaşadığı evə gəlin köçür.
Mərhumun yaxınlarının dediyinə görə, Ağəlizadələr çox qapalı həyat tərzi sürən və evlərinə gediş-gəlişə imkan verməyən ailə olub. Elnarəyə də öz ata evinə heç vaxt tək getməyə icazə verməyib, daim nəzarətdə saxlayıblar.
Cehiz məsələsinə görə ailələr arasında ilk gündən münasibətlər pozulmuşdu və xüsusilə qaynanası Elnarəyə gün verib, işıq vermirdi.
Elnarə gəlin olduğu ailədə yaşadıqlarına dözə bilmədiyini qardaşından gizli saxlasa da, anası ilə bölüşüb.
Anasının sözlərinə görə, Elnarə hadisə baş verməmişdən 4 gün əvvəl deyib ki, "birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxartmayın". 30 aprel tarixində isə dəhşətli hadisə baş verib. Koma vəziyyətinə düşən Elnarə 10 gün ölümlə mübarizə aparır.
Paytaxt xəstəxanalarından da həkimlər dəvət olunur, bütün lazımi müayinə və müalicələr aparılır. Qardaşı Seyfəddin Rusiyada yaşasa da, özünü ilk günlərdən xəstəxanaya çatdırır və prosesə nəzarət edir. Onun sözlərinə görə, həkimlər Elnarənin ağciyər toxumalarının dağıldığını bildiriblər. Yaxınları Elnarənin paltarının cırılması, sırğasının düşməsi, üst-başının toz-torpaq içində olmasını əsas gətirərək bunun intihar olmadığını iddia edir.
Ailənin iddialarda adı çəkilən Elnarənin həyat yoldaşı Elvin Ağəlizadənin mövqeyini öyrənməyə çalışdıq. O, müsahibə vermək istəmədiyini bildirdi və şifahi olaraq qeyd etdi ki, məsələ ilə bağlı deyəcək heç bir sözü yoxdur və aidiyyət qurumlar tərəfindən araşdırma aparılır.
Elnarənin yaxınları isə ekspertizanın rəyinin hələ də təqdim olunmamasından və ümumiyyətlə araşdırmaların ləng getməsindən ciddi narahatlıq keçirirlər. Araşdırmaların hansı mərhələdə olduğunu öyrənmək üçün Baş prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovla əlaqə saxladıq.
Kənan Zeynalov bildirdi ki, Ağalizadə Elnarə İntiqam qızının 10.05.2022-ci il tarixində ölməsi faktı ilə bağlı hazırda Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırma zamanı Ağalizadə Elnarənin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin olunub, çoxsaylı şəxslərin izahatları alınıb və digər zəruri hərəkətlər həyata keçirilib. Hazırda araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Ukrayna Məsut Özili ittiham etdi