"Vətən müharibəsində qələbə qazanan gənclərimizin böyük hissəsi öz doğma torpaqlarından zorla çıxarılan uşaqlardır" - Deputat
"Gələcəyimiz olan uşaqlara xoşbəxt və firəvan həyat bəxş etmək hər birimizin borcudur".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib:
O vurğulayıb ki, bu gün uşaqlarımızın firəvan və təhlükəsiz şəkildə yaşaması üçün dövlətimiz tərəfindən bütün lazımi addımlar atılıb:
"Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin qorunması və gücləndirilməsi, hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində də genişmiqyaslı işlərə start verildi. Həmçinin, uşaqların sağlamlığının qorunması, müasir tələblərə cavab verən şəraitdə təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ən önəmlisi isə, uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvercilik bazası formalaşdı və bununla bağlı Azərbaycan Respublikası Milli Məclisində uşaqların hüquqlarının qorunmasına dair mühüm qanunvericilik aktları qəbul olundu. "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunların qəbulunu xüsusi ilə qeyd etmək lazımdır".
Deputat qeyd edib ki, bu gün uşaqların xoşbəxt, firəvan gələcəyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür:
"Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında həyata keçirilən çoxsaylı layihə və proqramlar uşaqların həyatında mühüm rol oynayıb. Belə ki, Mehriban xanım Əliyeva mütəmadı olaraq uşaq evlərini ziyarət edir, valideyn himayəsindən məhrum uşaqlara ana qayğısı göstərərək onların arzu və istəkləri ilə maraqlanır. Bundan əlavə, uşaqların sağlam və yüksək təhsilli böyümələri, gələcəkdə savadlı vətəndaş kimi formalaşmalarına diqqət, onların qayğı ilə əhatə olunması Heydər Əliyev Fondun fəaliyyət istiqamətlərindən biridir. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi illər ərzində uşaqlar üçün səhiyyə obyektləri, təhsil ocaqları, uşaq bağçaları, bədii-yaradıcılıq mərkəzləri, idman və istitahət komplekslərinin tikilməsi istiqamətində çoxsayı layihələr həyata keçirib. Bilirsiniz ki, bayramlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə uşaqlar üçün mərasimlər, şənlik tədbirləri keçirilir".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qələbə qazanan gənclərimizin böyük hissəsi 90-cı illərdə ayaqyalın öz doğma torpaqlarından zorla çıxarılan uşaqlardır:
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində tək ərazi bütövlüyümüzü bərpa etmədi, həmçinin, erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilən uşaqlarımızın da intiqamını aldı.
Bu gün 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə sevincini bizə bəxş edən şəhid və qazi balalarımızın bayramıdır. O körpələr atalarından bizə əmanətdirlər. Onlara gözəl gələcək bəxş etmək bizim hər birimizin borcudur. Bütün körpələrimizin bayramını təbrik edir, onlara xoşbəxt və firəvan həyat arzulayıram".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Ukrayna Məsut Özili ittiham etdi