D vitamini (KLAVUDEN D3 15ml) nədir və nə üçün lazımdır?

D vitamini (KLAVUDEN D3 15ml) nədir və nə üçün lazımdır?D vitamini (xolekalsiferol) - insan orqanizminin ən çox tələbatı olduğu vitaminlərdən biridir. O, orqanizmdə dəridə günəşin ultrabənövşəyi şüalarının təsiri altında yaranır. Bundan başqa bir çox məhsulların (balıq və balıq yağında, yumurta sarısında, süd, taxıl və s.) tərkibində var.

Dünya əhalisinin 80%-i D3 vitamini çatışmazlığından əziyyət çəkir.

D vitamini orqanizmdə mühüm rol oynayır: kalsium-fosfor mübadiləsini requlə edir, kalsiumun orqanizm tərəfindən mənimsənilməsini təmin edərək, skeletin düzgün formalaşmasını, sümük və dişlərin möhkəmliyini, əzələ tonusunu və immuniteti dəstəkləyir, maddələr mübadiləsində vacib rol oynayır.

Günəş şüalarının çatışmazlığı, vegetarian və veqan pəhrizi, piylənmə orqanizmdə D vitamininin defisitinə gətirib çıxarır.

Böyüklərdə D vitamininin çatışmazlığı özünü osteoporoz sümük və əzələlərdə ağrılar, immun sisteminin zəifləməsi, artıq çəki, arterial təzyiqin qalxması və s. əlamətlərlə göstərir.

Uşaqlarda D vitamininin çatışmazlığı raxit xəstəliyinin yaranma səbəbidir. Raxit özünü sümük boşluğu, əmgəyin gec bağlanması, dişlərin çıxmasının ləngiməsi, fiziki inkişafın gecikməsi, oyanıqlıq, narahatlıq, ağlağanlıq, çox tərləmə kimi əlamətlərlə göstərir.

Vaxtında tədbir görülməzsə, D vitamini çatışmazlığının uzaq nəticələri – şəkərli diabet, piylənmə, ürək – damar xəstəlikləri, hipertoniya, astma, sistem xəstəlklər, koqnitiv pozulmalar və s. xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. D vitamini çatışmazlığı hamilə qadınlar üçün çox təhlükəlidir. Belə ki, hamiləlik zamanı D vitamini çatışmazlığı düşüklərin, dölün hipotrofiyasının, ürək-damar qüsurlarının yaranma riskini artırır.

D vitamini çatışmazlığının qarşısını almaq üçün ən yaxşı tədbir günəşli mövsümlərdə bol günəş vannaları qəbul etmək, D vitamini ilə zəngin ərzaq məhsulları (balıq, yumurta sarısı, süd) və ya qida əlavələri qəbul etməkdir.

KLAVUDEN D3 15ml damcı tərkibində D vitamini olan, uşaq və böyüklərin daxilə qəbul etməsi üçün İngiltərə istehsalı olan məhluldur. Klavuden 1 damcısında D vitamininin optimal dozası var.

KLAVUDEN D3 uşaqlarda skeletin formalaşmasını və boy artımını, dişlərin vaxtında çıxmasını, uşaqların düzgün fiziki inkişafını təmin edir, əzələ zəifliyini aradan qaldırır. Sinir sisteminin normal inkişafını və fəaliyyətinin əsas zəminidir.

KLAVUDEN D3 hamilələrdə hestozların, hamiləliyin erkən mərhələlərində düşüklərin, Qeysəriyyə əməliyyatlarının yaranma riskini azaldır. Dölün normal bətndaxili inkişafını təmin edir. Döldə hipotrofiya və ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.
KLAVUDEN D3 böyüklərdə kalsium-fosfor mübadiləsini tənzimləyərək, osteoporoz və osteomalyasiyanın qarşısını alır, ürək-damar sisteminin fəaliyyətini normallaşdırır.

KLAVUDEN D3 insulin və qlükozanın metabolizmini requlə edir, şəkərli diabet xəstəliyinin yaranmasının qarşısını alır. Reproduktiv sisteminin, sinir sisteminin normal fəaliyyətini tənzimləyir, əzələ tonusunu requlə edir.

KLAVUDEN D3 immun sistemin gücləndirir. Autoimmun və onkoloji xəstəliklərin yaranma riskini azaldır.

Qeyd: Klavuden D3 15ml daxilə qəbul etmək üçün tünd şüşə flakonda buraxılan məhluldur.

Hörmətli alıcılar, apteklərdə oxşar tərkibli preparatlar olduğuna görə, əczaçılardan məhz Klavuden D3 preparatın verilməsini tələb edin!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1417   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr