Lökbatanda insident: Marketə içkili girdi, satışdakı bıçaqla..

Lökbatanda insident: Marketə içkili girdi, satışdakı bıçaqla..Bakıda supermarketlərdən birində insident baş verib.

Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Bravo" supermarketində baş verib. Gecə saat 01 radələrində qəsəbənin 28 May küçəsindəki marketinə gələn şəxs satışda olan bıçağı götürərək mühafizəçini və satıcıları hədələməyə başlayıb. Dərhal hadisə ilə bağlı polisə müraciət edilib və yaxınlıqda olan Əlahiddə Çevik Polis Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları özlərini marketə çatdırıblar. Həmin şəxs saxlanılaraq polis bölməsinə aparılıb.

Araşdırmalar zamanı məlum olub ki, supermarketdə insident törədən şəxs Lökbatan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Fərid Əmrahovdur (şərti). Onun sərxoş halda olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə F.Əmrahov törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib:

"Hadisədən bir neçə saat qabaq Lökbatandakı "Bizim" restoranında dostlarımla yaxın zamanlarda olacaq nişan mərasimi münasibətilə məclis təşkil etmişdik. Qonaqlıqdan sonra dostlarımla sağollaşaraq "Bravo" supermarketə pivə almaq üçün getmək qərarına gəldim. Marketdə həmin vaxt mühafizəçi işləyən əməkdaş mənim spirtli içki qəbul etdiyimi görüb marketə buraxmaqdan imtina etdi. Buna etiraz edərək yaxınlıqda olan, satış üçün nəzərdə tutulmuş bıçaqla əlimi kəsdim. Sərxoş olduğum üçün digər hərəkətlərim yadımda qalmayıb. Səhər ayılarkən polis bölməsində olduğumu başa düşdüm və bu zaman sağ əlimin zədəli vəziyyətdə olduğunu gördüm. Səhvimi başa düşmüşəm, gələcəkdə belə hallara bir daha yol verməyəcəyimə söz verirəm".

Qaradağ Rayon Məhkəməsi F.Əmrahova 150 manat pul cəriməsinin kəsilməsinə və inzibati tutulmadan məhkəmə zalındaca azad edilməsinə qərar verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1251   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr