"Haradan uydururlar bilmirəm" - Çörəkdən imtina edənlər nələri itirir?
Son zamanlar əksər Həkimlər, dietoloqlar çörək yeməyin orqanizmə olduqca zərərli olduğunu bildirirlər. Buna görə də bir çoxları çörək yeməkdən imtina edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli tanınmış professor Ender Saraçoğlu bu yanaşmanın səhv olduğunu iddia edib.
Onun sözlərinə görə, çörəkdən tamamilə imtina etmək doğru deyil. Çünki bu qida deyilənlərin əksinə olaraq, kifayət qədər faydalıdır:
"Son illər bir çox mütəxəssislər "çörək yeməyin" deyirlər, bu fikri haradan uydururlar bilmirəm. Çörəyi həyatınızdan qəti çıxarmayın. Bunu məsləhət görənlərə qulaq asmayın. Hətta çörəksiz pəhriz belə mümkün deyil. Mən gün ərzində 3 dilim dənli çörək yeyirəm".
Həkim bildirib ki, xüsusilə xərçəng xəstəliyindən və diabetdən əziyyət çəkənlərin çörəkdən istifadə etməsi məsləhətdir.
"Çörək yüksək təzyiqin qarşısını alır, metabolizma xəstəliklərində qoruyucu və önləyici xarakter daşıyır".
Ender Saraçoğlu onu da qeyd edib ki, hazırlanan çörəyin təmiz buğdadan olması vacibdir. Bu onu həm vitaminli, həm də daha doyurucu edir.
Bundan əlavə, qarğıdalı unundan hazırlanan çörəklər isə dəri xəstəliklərinə qarşı effektivdir. Belə çörəklərdən istifadə edən şəxslərin üzündə ləkələrə, sızanaqlara daha az rast gəlinir. Dərisinin gözəl olmasını istəyənlər qarğıdalı unundan hazırlanan çörəklərdən yeməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3256 Tarix: 01 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabr