Azad olunan ərazilərdə nə qədər tarixi abidə var? - RƏSMİ CAVAB
"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili" haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirilməyə başlayıblar.
İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.
Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan, tarixi, memarlıq arxeoloji əlamət daşıyan 162 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.
Bu barədə Sonxeber.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata əsasən, həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatına alınmış 185 tarix-mədəniyyət abidesinin dağıntıya məruz qaldığı müəyyən edilib ki, onlardan 51-i tamamilə məhv edilib, 134-ü isə dağıdılıb, qalıqları qalıb.
Həmçinin, aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.
Bu müəssisələrdən 20-si ilkin monitorinq nəticəsində aşkarlanıb, lakin nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.
Qeyd edək ki, statistik məlumatlar aparılan son monitorinqə uygun olaraq təqdim olunur. Hazırda monitorinq davam etdirilir.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu