Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum oldu - FOTO
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, professor, general-leytenant Heydər Piriyevdir.
Nazirliyin məlumatına görə, Bakıda keçirilən "Texnofest Azərbaycan" Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Milli Müdafiə Universitetində təltif olunublar.
Kursantlarla görüşərək onları təbrik edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib və komandanın bütün üzvlərini mükafatlandırıb.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Hava Qüvvələri fakültəsinin kursantları Davud Hüseynəliyev, Nihad Əşrəfov, Nicat Məcidov və Ruslan Sultanov 15 kilometr radiusda hərəkət etmək qabiliyyətinə malik, təminat tapşırıqları təyinatlı "Xilaskar" pilotsuz uçuş aparatını hazırlayaraq festival çərçivəsində keçirilən müsabiqəyə təqdim ediblər. Nəticə etibarilə "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülərək medal, sertifikat, kubok və pul mükafatı ilə təltif ediliblər.





Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2220 Tarix: 04 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen
2 iyul"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
2 iyulİlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi
2 iyulPrezident İlham Əliyev Kral III Çarlzı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd
13 iyun