Sanksiyalar Putini niyə durdurmur? - Rusiya çox mühüm bazarlardan çıxarılır...

Sanksiyalar Putini niyə durdurmur? - Rusiya çox mühüm bazarlardan çıxarılır...Ukraynaya hücum edəndən indiyədək Rusiya Qərbin ən ağır sanksiyalarına məruz qoyulub. Dünyada yeganə dövlətdir ki, artıq 2 minə yaxın dövlət, biznes adamı, yüzlərlə şirkəti, bankı, gəmiləri sanksiyalara məruz qoyulub. Sonuncu sanksiyalar 3 gün əvvəl açıqlanıb. Belə ki, ABŞ hökuməti cümə axşamı Rusiya elitasının, o cümlədən Prezident Vladimir Putinin "pulu gizlətməyə və köçürməyə cəhd etmək və anonim olaraq dünya boyu lüks aktivlərdən istifadə etmək" üçün əl atdığı sanksiyalardan yayınma tədbirlərini aradan qaldırmağa çalışdığını bildirib. Daha sonra yeni sanksiyalar açıqlanıb.

Məlum olub ki, sanksiya siyahısına Rusiyanın əmlak kralı sayılan Qod Nisanovdan tutmuş, Putinin övladlarının anası olduğu deyilən Alena Kabayevaya qədər Rusiya prezidentinə yaxın çoxsaylı şəxslər, həmçinin yaxtalar, Rusiyanın aviasiya sənayesi müəssisələri və sair daxil edilib. Ağ Ev bildirib ki, yeni sanksiyalar "yayınma hallarının qarşısını almaq və sanksiyaların tətbiqini gücləndirmək və Putinə və onun köməkçilərinə təzyiqi artırmaq məqsədilə" tətbiq olunub.

ABŞ dövlət katibi Antoni Blinken sanksiyaları açıqlayan bəyanatında deyib ki, "Birləşmiş Ştatlar Ukrayna xalqını dəstəkləməyə, eyni zamanda Prezident Putin və Rusiya təcavüzünə şərait yaradanlar üçün cavabdehliyi təşviq etməyə" davam edəcək. ABŞ hökuməti bildirib ki, Putin ötən il indi sanksiyanın tətbiq olunduğu yaxtalarda "çox sayda səfərlər edib."

ABŞ-la eyni gündə Avropa İttifaqının Rusiyaya qarşı sayca 6-cı sanksiya paketi qəbul olunub. Bu paketə Rusiyanın əsas gəlir mənbəyi olan neftdən tədrici imtina da daxil edilib. Eyni zamanda Rusiyanın əsas bankı olan "Sberbank" SWIFT sistemindən ayrılıb, daha bir neçə banka qarşı da sanksiya tətbiq edilib. Artıq Ukrayna rəsmiləri, bəzi Avropa ölkələri nümayəndələri 7-ci sanksiya paketinin hazırlıqlarından bəhs etməyə başlayıblar.

Qərbin sanksiyaları fonunda Rusiyanın Ukraynaya hücumu 100 gündən çoxdur davam edir. Hətta Ukraynanın Donbas ərazisində yeni şəhərlər ələ keçirilib. Bu, istər-istəməz suallar yaradır ki, tətbiq olunan sanksiyalar nədən Rusiyanı dayandıra bilmir? Rusiya iqtisadiyyatı bu qədər dayanıqlıdır, yoxsa tətbiq olunan sanksiyalar yüngül?

Milli.Az bildirir ki, sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin Musavat.com-a dediyinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsir etməsi üçün müəyyən zamana ehtiyac var: "Rusiyanın müəyyən ehtiyatları vardı, eyni zamanda özünün resursları var. Bunlar imkan verir ki, qısamüddətli dövrdə tətbiq olunan sanksiyalara davam gətirə bilsin. Amma orta və uzunmüddətli dövrdə Rusiya iqtisadiyyatında çox kəskin problemlərin baş qaldıracağı şübhəsizdir. Xüsusilə texnoloji sahələrdə ölkə iqtisadiyyatının geri gedəcəyi gözlənilir. Söhbət texnika istehsalından tutmuş, hərbi sənayeyə qədər çoxşaxəli sahələrdə Qərb texnologiyalarından olan böyük asılılıqdan gedir. Rusiyanın bu asılılığı aradan qaldırmaq imkanı yoxdur. Hər nə qədər idxalın əvəzlənməsi tədbirlərini nəzərdə tutan qərarlar, sərəncamlar imzalansa belə, ölkənin elmi-texnoloji inkişaf səviyyəsi bunun üçün yetərli deyil. Qərb elmindən ayrı düşdükdən sonra bu sahənin inkişafı da əlçatmaz olacaq".

Ekspertin fikrincə, sanksiyaların bir neçə günə, hətta bir neçə aydan sonra Rusiyanı dağıdacağını heç kim, o cümlədən onu tətbiq edənlər gözləmirdilər: "Yəni sanksiyalar 3-5 aya Rusiya iqtisadiyyatının çökdürülməsi üçün tətbiq olunmayıb. Sanksiyaların ağır təsirlərinin ən azı bir ildən sonra hiss olunacağını onu tətbiq edənlər çox gözəl bilirlər. Əsas məqsədi Rusiyanı, onun rəhbərini sanksiyaların mümkün təsirlərini nəzərə alaraq işğalçılıqdan çəkindirməkdir. Düşünürəm ki, sanksiyaların ən ciddi təsiri Rusiya neftindən imtina olunduqdan sonra hiss edilməyə başlayacaq. İndiki qiymətlər şəraitində Rusiya az satıb çox qazana bilir. Lakin satmaq imkanları minimuma enəndən sonra əsas gəlirləri dayanacaq və onda iqtisadiyyatda çox ciddi problemlər baş qaldıracaq".
Politoloq Şahin Cəfərlinin fikrincə, sanksiyaların effektindən danışarkən öncə bu qərarların hansı niyyət və hesablamalarla tətbiq olunduğunu aydınlaşdırmaq lazımdır: "Sanksiya siyasətinin müəllifləri bu addımların Rusiyanın müharibəni dərhal dayandırmasına və Ukraynadan geri çəkilməsinə səbəb olmayacağını bilməmiş deyillər. Nə qədər ağır sanksiyalar təbiq olunursa olunsun, Putin geri çəkilə bilməz və bunu Qərb də bilir. Sanksiyalar ümumən Rusiyanı zəiflətməyə, onu yüksək texnologiyalardan, qlobal iqtisadi və maliyyə sistemindən təcrid etməyə yönəlib. Rusiyanı geosiyasi, geoiqtisadi və geokultural izolyasiyaya məruz qoyaraq "oyunpozucu" roluna görə onu cəzalandırırlar. Beynəlxalq münasibətlərdə ABŞ və Çinlə eyni çəkili, bərabərhüquqlu hegemon güc kimi çıxış etmək istəyən Rusiyaya əsl yerini göstərirlər. Yəni sanksiyalar sırf Ukrayna məsələsi ilə bağlı deyil və Ukrayna probleminin çərçivəsi ilə məhdudlaşmır. Təsadüfi deyil ki, ABŞ prezidenti Cozef Bayden sanksiyaların Rusiya-Ukrayna barışığından sonra da qüvvədə qalacağını açıqlayıb. Onun bəyanatından bir neçə gün sonra İtaliyanın baş naziri Mario Draqi də "sanksiyalar uzun, çox uzun sürəcək, bu məsələdə illüziya olmamalıdır", - açıqlamasını verdi".

Politoloq bildirir ki, Rusiyanın Avropa coğrafiyasında müharibə törədərək müstəqil, suveren dövlətə qarşı açıq və amansız hücumu onu Avropa sivilizasiyasının bir hissəsi və ABŞ, Çin kimi böyük güclərə qarşı tarazlayıcı element kimi görən kontinental Avropanı da çətin seçimlə üz-üzə qoyub: "Avropa dövlətləri Rusiyanın bu dəhşətli hüquq pozuntuları ilə əlaqədar ona qarşı anqlo-saksonların müəyyən etdiyi uzunmüddətli basqı və təcrid strategiyasına qoşulmağa məcbur qalıblar. Əlbəttə ki, Rusiyanın getdikcə zəifləməsi, resurslarının azalması, sanksiyaların nəticəsində sosial müstəvidə və sistem daxilində yarana biləcək ziddiyyətlər və narazılıqlar Rusiyanın uzun müddət bu cür tükəndirici və ağır müharibə aparmaq imkanlarını məhdudlaşdıracaq. Amma sanksiyaların real təsirləri indiki mərhələdə deyil, bir qədər sonra hiss olunacaq. Rusiyanın əsas ixrac məhsulu və başlıca gəlir mənbəyi olan neft və neft məhsullarının Avropa bazarına ixracına qoyulan qadağa 6-8 ay sonra qüvvəyə minəcək. Rusiya təbii ki, Avropanın imtina etdiyi neft miqdarını Asiya bazarına çıxara bilər, lakin sanksiyalar tankerlərin sığortalanmasına da şamil ediləcək, bu isə logistika ilə bağlı ciddi problemlərin yaranmasına, Rusiyanın xərclərinin daha da artmasına gətirib çıxaracaq. Üstəlik, məlumdur ki, asiyalılar hələ sanksiya qərarı qəbul olunmamış Rusiya neftini ciddi diskontla, Brentdən 30-35 dollar ucuz satın alırdılar. Sanksiyalar qüvvəyə mindikdən sonra yəqin ki, Rusiyadan daha böyük endirim tələb olunacaq. Bundan başqa, Rusiyada hasilatın azalması problemi də var və bu ölkəyə modern texnologiyaların transferinin qadağan olunması dərin yataqlarda hasilat həyata keçirməyi qeyri-mümkün edir.

Texnoloji sahədə indi olmasa belə, orta və uzunmüddətli perspektivdə ən təsirli sanksiya Rusiyaya yarımkeçiricilərin (çip) ixracının dayandırılmasıdır. Məişət cihazlarından tutmuş, avtomobil sənayesinə və ən mürəkkəb silah sistemlərinə qədər, bütün sənayedə çiplər strateji əhəmiyyətli komponent olduğu üçün bu sahələrdə Rusiya ciddi şəkildə geriləyəcək".

Ş.Cəfərli bildirir ki, əslində neft embarqosu və Avropanın Rusiya təbii qazından asılılığı qısa müddətdə aradan qaldırmağa qərar verməsi qlobal enerji bazarının yenidən formatlanması deməkdir: "Rusiyanın artıq bu bazardan sıxışdırılmasına start verilib.
Yarımkeçiricilər və digər zəruri komponentlərin Rusiyaya satışına qoyulan qadağa, eləcə də bu ölkənin aparıcı hərbi-texnoloji müəssisələri və elmi institutlarının sanksiyalara məruz qalması isə Rusiya silah sənayesinin böhranına səbəb olacaq. Bununla əslində qlobal silah bazarı da yenidən format olunur. Rusiya bu bazardan da sıxışdırılır. Hər iki bazardan sıxışdırılmaq o deməkdir ki, ümumilikdə Rusiyanın dünyada nüfuzu və təsir imkanları da məhdudlaşacaq. Yəni Rusiya dövləti və xalqını, yumşaq desək, xoş gələcək gözləmir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1429   Tarix: 05 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kolumbiyada baş verən zəlzələ qəhvə ixracına təsir etdi

Kolumbiyada baş verən güclü zəlzələdən sonra bu ölkədən qəhvə ixracatı, demək olar ki, tamamilə dayandırılıb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Milli Qəhvə İxracatçıları Assosiasiyasının (Asoexport) rəhbəri Qustavo Qomes bildirib ki, hazırda istehsal və ixrac proseslər

12 avqust
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib

Venesuela parlamentinin spikeri Xorxe Rodrigez iyunun 24-də baş verən zəlzələlərdə ölənlərin sayının 6301 nəfərə çatdığını bildirib. xəbər verir ki, 6462 nəfər xilas edilib. Hazırda xəstəxanalarda 73 mindən çox yaralı müalicə alır. 31.336 yaşayış binası yaşayış üçün yararlı hesab edilib. [hh4-unikal

11 avqust
.

Bu payız 7 məşhur turizm məkanına getmək məsləhət görülmür: Səbəblər nədir?

Bir tərəfdən, həddindən artıq turizm həmin istiqamətlərə və onların sakinlərinə zərər vurur, adi həyat tərzini pozur və resursları tükəndirir. Digər tərəfdən, turistlərin özləri də izdihamlı məkanlardan və yüksək qiymətlərdən tam zövq ala bilmirlər. Qaynarinfo xəbər verir ki, bununla yanaşı, bəzi məkanları

12 avqust
.

Ermənistan vətəndaşları bu ölkədən deportasiya edilir

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 113 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər. xəbər verir ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə

11 avqust
.

Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək

Çin və İndoneziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) avqustun ortalarında Tayvan adası yaxınlığında dənizdə təlimlər keçirəcək. "Report"un məlumatına görə, bu barədə CCTV telekanalı Çinin Milli Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir. Təlimlər zamanı iki donanmanın freqatları rabit

12 avqust
.

Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk

Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları

11 avqust
.

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi

11 avqust
.

Rusiya bir neçə yüz min insanı səfərbər etməyə hazırlaşır

"Rusiyanın səfərbərliyə hazırlıqları ilə bağlı hərbi kəşfiyyat hesabatı alınıb. Hər şey Rusiyanın daxili sənədləri ilə təsdiqlənir: onlar buna payızda, saxta parlament seçkilərindən dərhal sonra hazırlaşırlar". xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. "Puti

12 avqust
.

Erməni qadının meyiti tapıldı

İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin

10 avqust