"Paşinyan sülhdən qaçsa, onu tikə-tikə edəcəklər" – Rusiyalı politoloq
Aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir.
Sonxeber.az Redaktor.az-a istinadən xəbər verir ki, "Müqavimət hərəkatı" adı altında birləşən müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi hökumətinin istefasını tələb edirlər.
Hakimiyyət əleyhinə mitinqlər parlamentdə təmsil olunan müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası tərəfindən təşkil olunaraq, ölkənin bir sıra bölgələri əhatə edir.
Köçəryan və Sarkisyanın təmsil olunduğu "Qarabağ klanı" revanşist mövqe sərgiləyərək, Paşinyanı sülh danışıqlarında Bakıya güzəştə getməkdə, Ermənistanı təslim etməkdə günahlandırır. Aylardır davam edən etirazlara baxmayaraq, İrəvan rejimi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu bəyan edib. Paşinyanın bununla bağlı açıqlamaları Ermənistandakı aksiyaları daha da alovlandırıb.
İndi hər kəsi düşündürən əsas məsələ Paşinyanın etirazlar fonunda hansı addımı atacağıdır. Nikol sonadək sülh mövqeyində qalacaqmı?
Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, "Arxont" jurnalının baş redaktoru Anton Bredixin Ermənistanda baş verən hadisələri Modern.az-a şərh edib.
Paşinyanın çətin günlər yaşadığını deyən rus politoloq hesab edir ki, "Qarabağ klanı" vəziyyəti gərginləşdirməyə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını əngəlləməyə çalışır.
"İndi Nikol Paşinyan vəziyyətin girovuna çevrilib.O bir tərəfdən Qərbin himayəsindədir, Brüssel və Vaşinqtonun diktə etdiyi kursu izləyir. Digər tərəfdən Paşinyanın Rusiya və Azərbaycan qarşısında öhdəlikləri var. Bu gün o, iki seçim qarşısındadır. Əgər sülh müqaviləsini imzalamasa, onu tikə-tikə etmək üçün kütlənin qarşısına verəcəklər. Bu baxımdan hesab edirəm ki, Paşinyan hakimiyyəti seçim etməkdə çətinlik çəkir", - politoloq şərhində bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR