Arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxslə bağlı YENİ XƏBƏR
Şirvanda arvadını ov tüfəngi ilə qətlə yetirməkdə təqsirləndirilən Elnur Abıyevin məhkəməsi başlayır.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elxan Süleymanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü E.Abıyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evdə arvadı, 1982-ci il təvəllüdlü Xəyalə Abıyevaya qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb.
Həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.
E.Abıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı