Bakının mərkəzində Manaf Ağayevin "Maybach"ı ilə qayda pozan şəxs kimdir? - VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevə məxsus 10-BU-100 dövlət nömrə nişanlı avtomobil qayda pozuntusu edərkən kameraya düşüb.
Belə ki, sürücü 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı edib və bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Baş verən hadisə ilə bağlı Oxu.Az müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. O, açıqlama verməkdən imtina edib:
"Mən açıqlama vermirəm".
Qeyd edək ki, məsələ ilə bağlı Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən avtosfer.az-a verilən məlumata görə, törədilmiş xətayla bağlı yayılmış videogörüntü araşdırılıb və həmin nəqliyyat vasitəsini idarə edən sürücünün Fərmanov Elvin Bəhmən oğlu olduğu müəyyənləşdirilib. Onun barəsində inzibati protokol tərtib olunub. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə 60 manat, 3 bal cərimə edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3353 Tarix: 08 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabr