Deputat:"Maaş artan kimi bazarda qiymətlər ondan on dəfə çox artır"
"Ölkədə bahalaşma hər sahədə müşahidə olunur. Ərzaq məhsullarının qiyməti çox qalxıb. Hətta digər ərzaq məhsulları ilə müqayisədə nisbətən aşağı qiymətə satılan ərzaqların da qiymətində artım müşahidə olunur. Tikinti materiallarının qiymətində də ciddi artım var. Bu da təbii ki, azmaaşlı, aztəminatlı ailələri çətin vəziyyətlə üz-üzə qoyur".
Bu fikirləri Bakupost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, insanların rifahını yüksəltmək və dolanışıq səviyyəsini qaldırmaq üçün yeni iş yerləri açılmalıdır:
"Özəl sektor inkişaf etdirilməli, sahibkara imkan yaradılmalı, iqtisadi azadlıqlar verilməlidir ki, onlar özünü dirçəldə bilsin, işini genişləndirib, daha çox işçi qəbul edib, yüksək əməkhaqqı versin. Şərait yaratmaq lazımdır ki, maaş yüksək olsun. Çünki dövlət bu maaşı verə bilmir. Dövlət bu maaşı verə bilmirsə, özəl sektor verə bilir. Ona görə də özəl sektoru inkişaf etdirmək lazımdır.
Ancaq bizdə monopoliya, inhisarçılıq o səviyyədədir ki, bu, mümkün deyil. Ayrı-ayrı adamlara imtiyazlar verilib. Onlar da o sahələri götürüblər, başqa adamlar girə bilmir o sahələrə.
İndiki məqamda əməkhaqqı və təqaüdlərin artırılması vəziyyətdən çıxış yolu deyil. Çünki maaş artan kimi bazarda qiymətlər ondan on dəfə çox artır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2174 Tarix: 08 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr