"Bizim beynəlxalq siyasətimiz Azərbaycanın milli maraqlarına uyğun bir siyasətdir"- DEPUTAT

"Bizim beynəlxalq siyasətimiz Azərbaycanın milli maraqlarına uyğun bir siyasətdir"- DEPUTAT"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi yalnız döyüş meydanında getmədi. Bu müddət ərzində Prezident İlham Əliyev diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi. Qarabağ münaqişəsinin yalnız Azərbaycan xalqının maraqları çərçivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi. Prezidentimizin ardıcıl, məqsədöyünlü siyasəti sayəsində qardaş Türkiyə başda olmaqla dost və tərəfdaş ölkələrin siyasi və mənəvi dəstəyi Azərbaycanın diplomatik uğurlarını, siyasi mövqeyini daha da möhkəmləndiridi. Məhz bu hərbi-siyasi mübarizənin nəticəsində regionda yeni düzən, reallıqlar və fərqli geostrateji şərait yarandı.
Azərbaycan heç bir siyasi bloka qoşulmur. Təbii ki, bu, sadə bir siyasət deyil. Cənab Prezident İlham Əliyev həmişə bildirir ki, bizim beynəlxalq siyasətimiz Azərbaycanın milli maraqlarına uyğun bir siyasətdir. Dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrimiz var".

Bunu Sonxeber.az saytına Milli Məclisin deputatı Musa Quliyev deyib.

"Vətən müharibəsindən qalib çıxan dövlətimiz regionda əbədi sülhü qazanmaq üçün səylərini bu gün uğurla davam etdirir. Özünün konstruktiv, ədalətli mövqeyini müxtəlif formatlı danışıqlar masasında və diplomatik gedişlərdə ən yüksək səviyyədə göstərir. Əminliklə söyləyirik ki, tarixi Zəfərdən sonra qalib ölkə kimi Azərbaycanın bölgədə rolu və çəkisi, dünyada nüfuzu daha da artıb, ölkəmiz artıq sözün bütün mənalarında söz sahibinə çevrilib. Artıq dünyanın güc mərkəzləri, siyasi çevrələr birmənalı şəkildə Azərbaycanla hesablaşır, onun qalib ölkə kimi danışıqlar masasında diktə etdiyi şərtlərlə birmənalı olaraq razılaşır.

Vətən müharibəsi günlərində olduğu kimi tarixi Zəfərdən sonra əldə edilmiş diplomatik uğurların, azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm layihələrin, aparılan bərpa-quruculuq işlərinin sayəsində bu günlər hər birimiz tarixi anlar yaşayırıq. Azərbaycanda demək olar elə bir gün yoxdur ki, hansısa əlamətdar bir hadisənin, tarixi bir məqamın şahidi olmayaq. Qələbədən sonra ölkəmiz hər gün daha da qüdrətlənir, hər gün tariximizə ilklər yazılır. Bütün bunlar bizim hər birimizin qəlbini qürur və fərəh hissi ilə doldurur. Ötən ilin dekabr ayının 10-da Azadlıq meydanında keçirilən və tariximizə ilk Zəfər Paradı kimi düşən şanlı gün yaddaşımıza əbədi həkk olundu. Zəfər Paradı qalib Azərbaycanın qüdrətini, gücünü bir daha bütün dünyaya nümayiş etdirdi".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1835   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr