"Bir ildir evliyik, amma ayrı yaşayırıq"
"Hamıya ən maraqlısı budur: biz necə tanış olmuşuq? Deyilənlər kimi, TikTok və ya "Qız Amerikada yaşayırdı orada tanış olublar" deyil. Bu kimi yalanları özlərini mənə yaxın bilib profil açıb yazanlar yayır. Biz Krislə 2016-cı ildən bu yana dost olmuşuq. Tanışlığımız isə necə və harada olub yaxın zamanda biləcəksiniz".
Axşam.az xəbər verir ki, bu sözləri Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə bildirib. O, sosial şəbəkədə ünvanlanan sualları cavablandırıb. 22 yaşlı Suada bildirib ki, həyat yoldaşı ilə uzun müddət dost olub.
Van Dammla münasibətlərindən söz açan musiqiçi onunla ilk tanışlığını belə xatırlayıb:
"İlk dəfə realda tanış olanda mənə tərəf gələ-gələ qollarını açıb "Qızım" səsləndi və qucaqladı. Sadə iki insan, ailə kimi tanış olduq. Aramız çox yaxşıdır. Öz uşaqları ilə necə danışırsa, məni də eyni cür qəbul etdi. Səmimi, ürəyi sevgi ilə dolu bir ata. Qayınanamla öz anam kimi, bacısısıyla bacım, qardaşıyla qardaşım kimiyəm".
Suada əlavə edib ki, Kristoferlə ailəli olsalar da ayrı yaşayırlar:
"Amerikada olmamışam. Bir ildir viza gözləyirəm. O da hələ ki, gələ bilmir. Çünki film sahəsi asan deyil, iş çoxdur. Bu, bizim şəxsi həyatımızdır. Kris ən qısa zamanda bizim adətlərlə tanış olmaq, kabab və plovu dadmaq istəyir. Ən əsası isə, qusarlı "Kənd həyatı" kanalını aparan nənə ilə tanış olmaq istəyir. Hər gün ona baxır. Yaxın zamanda Azərbaycana gələcək. Bu il bizim üçün çətin oldu. Evli olaraq birlikdə yanbayan olmamaq çox çətindir. Amma bunun da öhdəsindən birlikdə ailələrimizin və dostlarımızın köməyi ilə gələcəyik. Bakıda doğulmuşam və burada yaşayıram. Hələ də Bakıdayam. Viza almaq prosesində də burada qalıram".
Musiqiçi Kristoferin məşhur aktyorun oğlu olduğunu uzun illər bilmədiyini deyib:
"Bilmirdim kimin oğludur. Demirdi və heç yerdə göstərmirdi. İllər sonra bilmişəm".
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrƏri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
3 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrMustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il
3 oktyabrElnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
17 oktyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabr"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabrTanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo
3 oktyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabr