Amid Sədanın şantaj etdiyi qız da müğənni imiş
Gənc müğənni Amid Sədanın sevgilisini şantaj etdiyinə görə həbs edilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, müğənninin çılpaq görüntülərlə hədə-qorxu gəldiyi gənc qız onun duet ortağı olub.
Araşdırmalar zamanı məlum olub ki, Lalə Əlizadə (ad və soyad şərtidir) Amidlə birlikdə bir neçə mahnı ifa edib və klip çəkdirib. Amid onunla evlənəcəyini bildirərək müxtəlif yerlərdə görüşüb. Həmçinin "Rent a Car"dan avtomobil icarəyə götürərək Laləni Ağcabədiyə aparıb və orada qohumları ilə tanış edib. Lakin sonradan cütlüyün münasibəti pozulub və Amid Səda müğənni həmkarını intim görüntülərini yayacağı ilə hədələyərək ondan pul tələb etməyə başlayıb.
Lalə Ağazadə bildirib ki, Amid onun hoteldə çəkilmiş bəzi görüntülərini "TikTok"da paylaşıb və bundan sonra rüsvay olmamaq üçün onunla görüşərək pul verməyə razı olub.
Qeyd edək ki, keçmiş sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə Amid Səda barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.
Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmənin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun "YouTube" platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1764 Tarix: 08 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabr